Dərc edildi: Baxış sayı: 494
Usubov Moskvada həmkarı ilə müqavilə imzaladı
Azərbaycan və Rusiya Təhlükəsizlik şuraları arasında 2020-2021-ci illər üçün Əməkdaşlıq Planı imzalanıb.
Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi yayıb. Sənədi MDB üzvü Təhlükəsizlik Şurası katiblərinin yeddinci görüşü çərçivəsində Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev imzalayıblar.
Qeyd edək ki, tərəflər arasında görüş Moskvada baş tutub. Tərəflər arasında son görüş 2019-cu ilin sentyabrında Bakıda baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət