Dərc edildi: Baxış sayı: 784
Usta Abdulla - Leylini yazdı
Bihudə dolandım, əfsanə gəzdim,
Canım dost yolunda, Leyli, niyazdı.
Etibar kəsilib, ilqar pozulub,
Əvvəlki məhəbbət, Leyli, niyazdı?!
Qəmər qan ağladı, leşkər yeridi,
Yaram sızıldayır, neştər yeridi.
Leylinin qoluna neştər yeridi,
Məcnun qanı çöldə “Leyli”ni yazdı.
Dost olan dostunu çəkməzdi dara,
Al şanəni, siyah zülfün di dara.
Həsrət qoymaginən didar-didara,
Görən, dost yolundan Leyli niyazdı?
Həya çəkib, daldalanma sən ara,
Həqiqi dostundan kəsmə sən ara.
Abdullanın xəyalını sən ara,
Gəzir şəms təki leylini, yazdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət