Dərc edildi: Baxış sayı: 687
ÜST-ün direktoru Azərbaycan Prezidentinə təşəkkür etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19-a qarşı mübarizədə təşkilata göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz təşəkkürünü bildirib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, T.A.Qebreyesus bu barədə öz “Twitter” səhifəsində yazıb.
“Bu həftə Azərbaycan Prezidenti ilə baş tutan söhbətimiz zamanı COVID-19-a qarşı dünyada cavab tədbirlərinə Azərbaycanın maliyyə dəstəyi və ÜST ilə əməkdaşlığa görə öz təşəkkürümü bildirdim”, - baş direktor qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət