ÜST-ün Çindəki komandası koronavirusun mənşəyi ilə bağlı ilk missiyanı başa çatdırdı
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru ÜST-ün Çindəki komandasının Covid-19-un mənşəyini müəyyənləşdirmək üçün bir həftəlik missiyasını başa vurduğunu açıqlayıb.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Qlobal Times qəzeti yayıb.
“Çinə gedən ÜST-ün əvvəlcədən hazırladığı qrup indi virusun mənşəyini müəyyənləşdirmək üçün öz missiyasını tamamlayıb”. Tedros Adhanom Gebreyesus belə deyib.
Komanda Çinə iyulun ortalarında gəlib. Bir çox Qərb KİV-ləri yazıb ki, ÜST araşdırması uzun çəkə və gecikmələrlə üzləşə bilər.
Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin baş epidemioloqu Zeng Guang Global Times-a bildirib ki, virusun mənşəyini tapmaq asan deyil və texniki tədqiqat metodlarını müzakirə etmək və mənbəyi müəyyənləşdirmək kimi hazırlıqlar tələb edir.
“Koronavirusun mənbəyinin müəyyənləşdirilməsi ilə danışıqlar aparılmalı və bir çox ölkəni bu işə cəlb etməliyik” deyən Zeng ÜST-ün qlobal miqyasda dəlil toplayacağını, elmi identifikasiya və araşdırma üçün bütün ölkələrə öz nümayəndələrini göndərməyin vacibliyini söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq komandasına Çinin və dünyanın aparıcı alim və tədqiqatçıları daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət