Slimfit
  1. DÜNYA

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi
Sakura

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yazareviç bəyan edib.

“Mövqeyimiz dəyişməyib… Simptomu olanlar başqalarının müdafiəsi üçün maska taxmalıdır. Həmçinin xəstələrə qulluq edən insanlar, məsələn, evdə maska taxmalıdır”, - deyə, o bildirib.

 

Yazareviç vurğulayıb ki, maska özü-özlüyündə koronavirusa yoluxmadan xilas etmir.

ÜST nümayəndəsinin sözlərinə görə, maskadan digər müdafiə tədbirləri ilə yanaşı istifadə edilməlidir.

“Problem bundadır ki, maska taxan insanlar təhlükəsizlikdə olduqlarını güman edirlər. Bu zaman əllərin yuyulması kimi başqa vacib tədbirləri unuda bilərlər”.

O əlavə edib ki, maska taxılsa belə, üzə toxunmaq olmaz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR