Slimfit
  1. DÜNYA

ÜST: sepsis hər il 11 milyon insanın həyatına son qoyur

ÜST: sepsis hər il 11 milyon insanın həyatına son qoyur
Sakura

ÜST: sepsis hər il 11 milyon insanın həyatına son qoyur

Xüsusilə aşağı və orta gəlirə malik ölkələrdə elmi biliklərin azlığı, həmçinin məlumatın toplanması və işlənib hazırlanmasının qeyri-mükəmməl üsulları infeksiyanın təhlükəli dərəcədə ağırlaşmasının - sepsisin yayılmasının miqyasını dəyərləndirməyə mane olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu mövzu üzrə ilk məruzəsində qeyd olunur ki, sepsis nəticəsində ildə 11 milyon insan, o cümlədən uşaqlar həyatını itirir. Daha bir milyon nəfər isə bu xəstəlikdən sonra şikəstə çevrilir.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin ekspertləri qeyd edirlər ki, sepsislə bağlı aparılan tədqiqatlar əsasən yüksək gəlirə malik ölkələrin xəstəxanalarında aparılıb və ona görə də alimlər bütöv mənzərəyə sahib deyillər. Bundan başqa, müxtəlif ölkələrdə sepsisin diaqnostikası meyarlarında fərqlər mövcuddur ki, bu da qlobal səviyyədə vəziyyəti əks etdirəcək statistikanın toplanmasına maneçilik törədir.

ÜST müəyyən edib ki, orqanizmin infeksiyaya cavabı onun öz toxuma və orqanlarının zədələnməsinə gətirib çıxara və ölümə, yaxud vəziyyətin ciddi şəkildə pisləşməsinə səbəb ola bilər. Əgər sepsis ilkin mərhələdə müəyyən olunmazsa, o halda septik şok, bəzi orqanların çatışmazlığı və ölüm halı baş verə bilər.

Sepsis infeksion patogenin hər hansı növü ilə əmələ gələ bilər. Mikrobəleyhinə dərmanlara dayanıqlığı bu xəstəliyin əsas amilidir ki, sepsisin müalicəsinə və sürətli inkişafına, septik şoka kliniki cavabın olmamasını ortaya çıxarır. Dərmana qarşı davamlı patogenlərin əmələ gətirdiyi sepsisli pasiyentlər arasında xəstəxana rejimində ölüm hallarının yüksək riski müşahidə edilir. COVID-19 kimi ciddi xəstəliklər və digər infeksiyalar sepsisin inkişaf riskini daha da artırır.

ÜST ekspertləri beynəlxalq birliyi xüsusilə aşağı və orta gəlirə malik ölkələrdə məlumatın toplanması və işlənib hazırlanmasını təkmilləşdirməyə, həmçinin dünyada sepsisin yayılmasının real miqyasını dəyərləndirməyə imkan verəcək elmi tədqiqatların maliyyələşdirilməsini təmin etməyə çağırırlar.

Ekspertlər diaqnoz qoyularkən xəstəliklərin beynəlxalq təsnifatı üzrə sorğu kitabçasına uyğun meyarlara ciddi riayət olunmasını zəruri hesab edirlər. Bundan başqa, onlar ekspres-diaqnostikanın işlənib hazırlanmasını və onun üsullarının tətbiq olunmasının məsləhət görürlər. Bu, sepsisin vaxtında aşkarlanması və müayinəsi, həmçinin tibbi heyət və ümumilikdə əhali arasında maarifləndirmə işinin genişləndirilməsi üçündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR