ÜST Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət bildirib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət bildirib.
APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, ÜST-ün sözçüsü Tarik Yasareviç brifinqdə deyib ki, Rusiya ilə yeni təsdiq olunmuş koronavirus peyvəndinin ÜST-ün standartlarına uyğun olub-olmaması ilə bağlı müzakirələr aparılır.
“Biz Rusiyanın səhiyyə rəsmiləri ilə yaxın əlaqədəyik. Peyvəndin ÜST-ün standartlarına uyğun olub-olmaması ilə bağlı müzakirələr davam edir. Lakin yenə də qeyd edirəm ki, hər hansı bir peyvəndlə bağlı ilkin dəyərləndirmə tələb olunan bütün təhlükəsizlik və effektivlik məlumatlarının ciddi şəkildə nəzərdən keçirilməsini və qiymətləndirilməsini əhatə edir”, - deyə ÜST-ün sözçüsü bildirib.
Qeyd edək ki, bu gün Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvənd qeydiyyatdan keçib. Koronavirusa qarşı peyvəndin qeydiyyatdan keçdiyini Rusiya Prezidenti elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət