ÜST Rusiyada COVID-19-dan ölüm səviyyəsinin aşağı olmasının səbəbini açıqladı
Rusiyada koronavirusa (COVID-19) yoluxanların sayının çox olmasına baxmayaraq, ölüm səviyyəsinin aşağı olması ölkədə böyük miqdarda keçirilən test sayı ilə əlaqəlidir.
Ens.az “Report” -a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib.
“Sözsüz, ölüm sayının yoluxma hallarına nisbətdə az olması qeyri-adi haldır. Bununla belə, Rusiyada xeyli test keçirilib, onlar çox sürətli şəkildə testlərin sayını artırdılar”, - o bildirib.
Bununla yanaşı, proqram direktoru vurğulayıb ki, ölüm faktlarının aktlaşdırılması qaydasına riayət edilməsinin qiymətləndirilməsi vacibdir.
Xatırladaq ki, iyunun 11-nə olan məlumata görə, Rusiyada 502 436 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 261 150 nəfər sağalıb, 6 532 nəfər isə ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət