Slimfit
  1. CƏMİYYƏT

ÜST rəsmisi sərhədlərin açılmasından danışdı: “Ölkələrin bir-birinə inamı...”

ÜST rəsmisi sərhədlərin açılmasından danışdı: “Ölkələrin bir-birinə inamı...”
Sakura

ÜST rəsmisi sərhədlərin açılmasından danışdı: “Ölkələrin bir-birinə inamı...”

“Ölkələr arasında sərhədlərin açılması ilə bağlı danışıqlar başlayıb”.

Oxu.Az xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, sərhədlər açılacaq, turizm inkişaf edəcək, ticarət əlaqələr genişlənəcək:

“Amma bunun üçün ölkələrin bir-birinə olan inamı vacibdir. Ölkələr əgər xəstəliyin aşkarlanması, bununla mübarizədə atılan addımları yaxşı qiymətləndirirsə, sərhədlərini rahatlıqla aça bilər”.

O bildirib ki, koronavirus pandemiyası ilə bağlı üç peyvəndin insanlar üzərində tətbiqinə başlanılıb.

“Bir peyvənd 12-18 ay test edildikdən sonra insanlar üzərində tətbiq olunur. Belə vəziyyətlərdə çox gözlənilmir. İlin sonuna qədər peyvəndin ağır xəstələr üzərində istifadə edilməsi gözlənilir”.

O qeyd edib ki, koronavirusa qarşı vaksinin hazırlanması 2020-ci ilin sonunda mümkündür.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR