Slimfit
  1. SİYASƏT

ÜST rəhbəri COVID-19-la mübarizədə əzmkarlığına və yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib

ÜST rəhbəri COVID-19-la mübarizədə əzmkarlığına və yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib
Sakura

ÜST rəhbəri COVID-19-la mübarizədə əzmkarlığına və yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib

“Biz Ümumdünya Səhiyyə Təşkilatında sizin bizə verdiyiniz dəstəyi yüksək dəyərləndiririk. Həmçinin fürsətdən istifadə edərək Azərbaycan xalqına, Azərbaycan hökumətinə 5 milyon ABŞ dolları həcmində bizə göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək Zati-alinizə təşəkkürümü bildirirəm ki, Siz 5 milyon ABŞ dolları həcmində təşkilatımıza yardım göstərmişdiniz”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşündə bildirib.

Bu tədbirə dəvət etdiyinə görə və Qoşulmama Hərəkatının Təmas Qrupu qarşısında çıxış imkanı yaratdığına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Baş direktor qeyd edib ki, ÜST Qoşulmama Hərəkatına və onun üzv dövlətlərinə COVID-19 xəstəliyinə qarşı apardıqları mübarizədə dəstək verir: “Bilirəm ki, bu il Bandunq prinsiplərinin 65 illiyi qeyd olunur. Əməkdaşlıq bizim üçün çox vacibdir ki, ölkələr cavab tədbirlərini həyata keçirə bilsin, COVID-19 xəstəliyinə qarşı mübarizə aparılsın və digər bu kimi halları aradan qaldırsın. Tamamilə aydındır ki, heç bir ölkə öz ölçüsündən, resurslarından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkcə mübarizə apara bilməz”.

O bildirib ki, dünyada həmrəylik olmalıdır: “Bütün siyasi sərhədləri aşaraq, heç zaman görünmədiyi qədər biz bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın kombinasiyasıdır: çox sürətlə gedir və o, qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan biz virusu önləməli, ondan qarşıda getməliyik. Sizin davamlı, çoxtərəfli işiniz və uzunmüddətli öhdəliyiniz COVID-19-un qarşısının alınmasında çox vacibdir. Ölkələr arasında məhz şəffaflığın, etimadın əlaqələndirilməsinin qurulması üçün olduqca vacibdir. Buna görə də hər hansı dünya dövləti hazır olmalıdır. Belə qlobal fövqəladə hal qarşısında həmrəylik prinsiplərindən çıxış edərək biz insanları və millətləri bu səylərdə birləşdirməliyik. Artıq əvvəlcə bildirildiyi kimi, COVID-19 yanvar ayında pandemiya kimi elan edildi. Həmin vaxtdan etibarən dünyanın müxtəlif guşələrinə o qədər sürətlə yayıldı. Bu siyasi, sosial və iqtisadi sistemlərdə problem yaratdı. Bu pandemiya panika yaratdı. Bu qlobal səviyyədə fövqəladə hal olaraq milli səviyyələrdə tədbirlərin görülməsini bizdən tələb etdi. Buna görə də bizim qarşımızda sadə bir vəzifə dayanır. Biz planetimizi qorumalıyıq. Eyni məqsədlərdən çıxış edərək onları məhz xilas etməliyik. Buna görə də biz, həmçinin, burada güclü, milli və altmilli səviyyədəki yardımların əhəmiyyətini qeyd edirik”.

Cənab Qebreyesus nəzərə çatdırıb ki, burada həmçinin qaçqınlar problemi var: “İnsanlar müxtəlif münaqişələrdən əziyyət çəkirlər. Bu gün ictimai səhiyyə problemi olan COVİD-19 çox inkişafa çox ciddi problemlər yaradıb. Bunu eşitmək də ağrılıdır və dünya bu gün bunun şahididir. Biz elə bir mərhələdəyik ki, bir tərəfdən pandemiya, digər tərəfdən isə bütün maraqlı olan dairələr, dövlətlər və özəl sektor əllərindən gələni etməlidir ki, heç kəs diqqətdən kənarda qalmadın. Bu baxımdan çoxtərəfli və beynəlxalq əməkdaşlıq dəyərlərinin gücləndirilməsi bu həlledici məqamda çox önəmlidir. Qoşulmama Hərəkatı belə bir mühüm anda iştirak etməlidir. ÜST müşahidə və erkən müəyyən etmə, şübhəli hallar zamanı təcrid, test aparma imkanlarının artırılması, xəstələrin klinik şəraitdə müalicəsi, məlumat mübadiləsi, müxtəlif sektorlar üzrə fəaliyyət risklərlə bağlı məlumatlandırma və cəmiyyətin səfərbər edilməsi sahəsində bütün ölkələrin səylərini dəstəkləyir. Beynəlxalq səhiyyə qaydaları kimi instrumentlər sayəsində səhiyyə təhlükəsizliyi ilə bağlı irəliləyişə nail olunsa da, boşluqlar hələ də qalmaqdadır və ölkələrin milli hazırlıq səviyyəsində böyük fərq var. İstər milli, istərsə də qlobal səviyyədə hazırlıq imkanlarının artırılması istiqamətində fəaliyyətin sürətləndirilməsi vacibdir. Təşviş və etinasızlıq dövrünə son qoymaq üçün dünya hadisədən sonra reaksiya verən mövqedən çəkinməlidir. Əvəzində biz səylərimizi bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan, uzunmüddətli hazırlığa yönəltməliyik. Zati-alinizə COVID-19 ilə mübarizədə nümayiş etdirdiyiniz əzmkarlığa görə bir daha minnətdaram. ÜST Qoşulmama Hərəkatı ilə əməkdaşlığa onun üzvlərinin COVİD-19 ilə mübarizəsinə dəstək verilməsinə və mühüm prinsiplərdən olan çoxtərəflilik, milli birlik, və qlobal həmrəyliyə sadiqdir. Hərəkatın təsisçilərinin baxışlarına uyğun olaraq və Qoşulmama Hərəkatının dəstəyi ilə biz bərabər, dinc və firavan dünya yarada, hər kəsə sağlamlığın bəxş edilməsi kimi mühüm məqsədimizə daha yaxşı şəkildə çata bilərik”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR