Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

ÜST nümayəndəsi: "Azərbaycanda uşaqlar arasında riskli xəstəlik qeydə alınmayıb”

ÜST nümayəndəsi: "Azərbaycanda uşaqlar arasında riskli xəstəlik qeydə alınmayıb”
Sakura

ÜST nümayəndəsi: "Azərbaycanda uşaqlar arasında riskli xəstəlik qeydə alınmayıb”

"Azərbaycanda uşaqlar arasında riskli xəstəlik qeydə alınmayıb”.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, vurulan peyvəndlərin uşaqların həyatını xilas etməsi üçün çox önəmli olduğunu vurğulayıb:

"Bütün Avropa ölkələrində qızılca xəstəliyinə yoluxmada artım qeydə alınır. Bu da uşaqlar üçün çox ölümcül bir xəstəlikdir. Şükürlər olsun ki, Azərbaycanda həmin xəstəliyə yoluxmaqla əlaqədar narahatlıq yoxdur. Ümumiyyətlə Azərbaycanda uşaqlar arasında yayılan riskli bir xəstəlik qeydə alınmayıb.

Ancaq bu, xəstəliklərə əhəmiyyət verməmək və arxayınlaşmaq üçün əsas deyil. Mən buradan bütün valideynlərə səslənmək istəyirəm ki, əgər övladınıza qızılca əleyhinə peyvəndi vurdurmamısınızsa, körpənin ikinci ayından başlayaraq 11 yaşına qədər həmin peyvəndin vurulması çox önəmlidir. Bundan əlavə, digər əsas peyvəndləri vurdurmaq da vacibdir. Azərbaycandakı bütün peyvəndlər isə ÜST tərəfindən standartları təsdiq edilmiş keyfiyyətli və təhlükəsiz peyvəndlərdir. Bütün valideynlərə övladlarının peyvənd etdirmələrini tövsiyə edirəm”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR