Slimfit
  1. DÜNYA

ÜST: "Koronavirusun mövsümiliyi təsdiqlənməyib"

ÜST: "Koronavirusun mövsümiliyi təsdiqlənməyib"
Sakura

ÜST: "Koronavirusun mövsümiliyi təsdiqlənməyib"

COVID-19 xəstəliyinə səbəb olan koronavirusun mövsümi xarakteri hazırda təsdiqlənməyib.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris açıqlayıb.

"Mövsüm virusun ötürülməsinə təsir göstərmir", - deyə, o bildirib.

Onun dediyinə görə, buna koronavirusun həm şimal, həm də cənub yarımkürəsində fərqli mövsümlərdə, fərqli enliklərdə yerləşən bir sıra ölkələrdə sürətlə yayılması sübutdur.

Harris bildirib ki, xəstəliyin yayılmasında sosial məsafəni qorumayan insanların təsiri çoxdur.

O, qripin koronavirusdan fərqli olaraq, mövsümi xəstəlik olduğunu da qeyd edib.

ÜST mövsümi qripin koronavirusun yayılması ilə üst-üstə düşdüyü təqdirdə səhiyyə sistemlərinin tamamilə yüklənəcəyindən narahatdır.

Harris izah edib ki, koronavirusun hazırkı mərhələsi birinci mərhələ olaraq qəbul edilməlidir, ikincisi isə gah artıb, gah azalan "böyük dalğa" olaraq gələcək.

 

Mənbə: Sonxəbər

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR