Slimfit
  1. DÜNYA

ÜST-dən məyusedici peyvənd açıqlaması

ÜST-dən məyusedici peyvənd açıqlaması
Sakura

ÜST-dən məyusedici peyvənd açıqlaması

Koronavirusla bağlı təqribən 200 peyvəndin sınaqları davam edir. Onların faydalı olacağına dair heç bir zəmanət yoxdur.

“HaberGlobal”ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus videokonfrans üsulu ilə mətbuat konfransında çıxışı zamanı belə deyib.

“Hazırda inkişaf  prosesində olan hər hansı bir peyvəndin faydalı olacağına heç bir zəmanət verə bilmərik”, - deyə o vurğulayıb. 

Qebreyesus pandemiya ilə əlaqədar peyvənd və müalicə proqramına (ACT Accelerator) dəstək istəyib. Onun sözlərinə görə, proqram üçün 35 milyard lazımdır, ancaq indiyə qədər cəmi üç milyard toplanıb:

“ÜST-ün COVID-19 peyvəndi və müalicəsində hədəfə çatması üçün təcili 15 milyard dollara ehtiyac var”.

ÜST rəhbəri hədəflərinin 2021-ci ilin sonuna qədər iki milyard doza peyvənd əldə etmək olduğunu bildirib.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR