Dərc edildi: Baxış sayı: 203
ÜST-dən karantin qaydalarını yumşaldan ölkələrə XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus karantindən çıxan ölkələrə xəbərdarlıq edib.
"RİA Novosti” xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.
Qebreisus dünyada COVID-19-a yoluxanların sayının dörd milyon nəfəri keçdiyiniqeyd edib.
Onun sözlərinə görə, bəziölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb.
Belə tədbirlərhər bir ölkədə tədricən, pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tətbiq edilməlidir.
Mənbə: Xezerxeber.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət