Slimfit
  1. DÜNYA

ÜST-dən “Deksametazon”la bağlı AÇIQLAMA

ÜST-dən “Deksametazon”la bağlı AÇIQLAMA
Sakura

ÜST-dən “Deksametazon”la bağlı AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Deksametazon” preparatının COVID-19-lu xəstələrin müalicəsində istifadəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bununla bağlı rəsmi açıqlama ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəsmi səhifəsində yer alıb.

Qeyd olunub ki, “Deksametazon” preparatını COVID-19-lu ağır xəstələr üçün istifadə etmək lazımdır.

“Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində “Deksametazon” preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub. “Deksametazon” COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir. Bu məqsədlə istifadə üçün hər hansısa bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi şəkildə əks təsir göstərir”, - deyə məlumatda bildirilib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR