Slimfit
  1. MARAQLI

Uşaqlıqdan ancaq çörəklə pendir yeyir

Uşaqlıqdan ancaq çörəklə pendir yeyir
Sakura

Uşaqlıqdan ancaq çörəklə pendir yeyir

İngiltərənin Naniton şəhər sakini Eypril Qriffits nadir fobiyası səbəbindən yalnız çörəklə pendir yeyir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mirror” qəzeti yazıb.

29 yaşlı qadının sözlərinə görə, onu  uşaqlıqdan çörəklə pendirdən başqa digər qidalar ürəyini bulandırıb.

“Nə vaxt ki, çalışıram yeni bir nəyinsə dadına baxım, məndə panik atak başlayır”, - Qriffits etiraf edib.

O, əsməyə başlayır və təşvişə düşür.

Hətta sevgilisi Eyprili yeni bir nəsə yeməyə məcbur edə bilməyib.

“Pendirli buterbrodlardan elə bezmişəm ki, amma heç bir müalicə kömək etmir. Mən bu qorxunu dəf edə bilmirəm”, - qadın deyib.

Qadının qəbul etdiyi yeganə içki isə portağal şirəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR