Dərc edildi: Baxış sayı: 270
Uşaqlarla bağlı yeni qanun nə zaman qəbul olunacaq? - AÇIQLAMA
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi üzərində iş başa çatıb”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə məlumat verib.
O qeyd edib ki, yaxın vaxtlarda layihə aidiyyəti orqanlarla razılaşdırılaraq Milli Məclisə və yuxarı instansiyalara təqdim olunacaq.
Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət