Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlarında astma xəstəliyi olan valideynlərin koronavirusdan narahatlığına ehtiyac varmı?

Uşaqlarında astma xəstəliyi olan valideynlərin koronavirusdan narahatlığına ehtiyac varmı?
Sakura

Əgər uşaqlarda astma xəstəliyi varsa, koronavirus haqqında nələri bilmək lazımdır

Valideynlərin narahatlığına ehtiyac varmı?

Astma xəstəliyindən əziyyət çəkən  insanın koronavirusa yoluxduğu təqdirdə risk altında qalma ehtimalı yüksəkdir.  Ancaq həkimlərin sözlərinə görə, bu cür xəstəliyi olan uşaqların narahat valideynləri üçün yaxşı xəbər də var.

Bizim COVID-19 və onun   uşaqlara  təsiri barədə öyrənməli  olduğumuz məsələlər hələ çox  olsa da, artıq əldə olan  məlumatlar təsdiq edir ki, infeksiyaya yoluxmuş uşaqların sayı böyüklərdən xeyli dərəcədə azdır. Onların yalnız az bir hissəsində  aşkar  simptomlar qeydə alınıb.

Bununla belə, həkimlər xəbərdar edirlər ki, tənəffüs problemləri olan insanlarda koronavirusa yoluxduqda daha ciddi simptomlar üzə çıxır.  Astma xəstəsi olan uşaqların valideynləri ayıq-sayıq  olmalı və uşaqlarını qripdən qoruyan zaman həyata keçirdikləri  eyni ehtiyat tədbirlərini görməlidirlər.

"Hazırki virus, uşaqlara ciddi zərər verən H1N1 qripindən fərqlidir", Amerika Pediatriya Akademiyasının uşaqlara təcili pediatriya köməyi göstərilməsi üzrə mütəxəssisi və Milli Biomüdafiə Elmi Şurasının keçmiş sədri doktor Stiv Kruq deyib.  "Ancaq xəstəxanaya yerləşdirilən uşaqlar var, bu onu göstərir ki başqalar da xəstələnə bilər

Dövlət səhiyyə sistemində çalışanlar proqnoz verirlər ki, COVID-19 haqqında və onun əhalinin ayrı-ayrı təbəqələrinə, o cümlədən uşaqlara təsiri barədə hələ çox şey öyrənilməlidir.

Yoluxucu xəstəliklər üzrə professor və Meyo Klinik Peyvənd Tədqiqat Qrupunun direktoru, doktor Qreq Poland yeni koronavirus haqqında məlumatı brauzerdə  fotoşəkil  yükləməklə müqayisə edib: “Artıq şəklin 50% yükləndiyi bir mərhələdəyik.  Bütün cavabları almaq üçün pikselimiz çatmır. "

Poland, son məlumatlara görə, uşaqlarda virusdan şiddətli simptomların inkişaf riskinin daha az olduğunu qeyd edib. Məsələn, Çində qeydə alınmış 72 min ilk yoluxma halları arasında yaşı 39 -dan aşağı olan şəxslərin  ölüm faizi cəmi 0,2 təşkil etmişdir.  Uşaqlar bir sıra  yoluxucu xəstəliklərdə  risk qurupuna daxil olsalar da, bugünkü məlumatlar göstərir ki, bu virusdan naməlum bir səbəbdən uşaqlar daha az əziyyət çəkiblər

Virusun özü, o cümlədən də uşaqlara necə təsir göstərməsi, infeksiya dərəcəsi, onun yayılmasında  uşaqların hansı rol oynadığı və buna nə dərəcədə həssas olduqları barədə hələ çox şey məlum deyil.

Bununla birlikdə, Ümumdünya Səhiyyə Təşkilatının bir araşdırması, yaşı 18-dən az olan insanların koronavirus xəstələrinin yalnız 2.4% -ni təşkil etdiyini göstərib.

Uşaqlar xəstəliyi böyüklərə nisbətən daha yüngül  keçiririlər və virusa  yoluxmuş uşaqların az bir hissəsində - 2,5% -simptomlar özünü göstərib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bildirib ki, virusa yoluxmuş uşaqlarda əvvəllər ciddi ağırlaşmaların ola biləcəyi (kəskin tənəffüs çətinliyi sindromu, septik şok) düşünülsə də, yüngül simptomlar qeydə alınır və belə məlum olur ki onlara nadir hallarda rast gəlinir.

Bəzi uşaqlarda simptomlar ümumiyyətlə olmasa da, doktor Kruq qeyd edib ki, alimlər uşaqlararın yoluxma və virusu yahma ehtimallarını araşdırırlar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 60 yaşdan yuxarı insanlar, xüsusilə də qan təzyiqindən, şəkərli diabetdən , ürək-damar xəstəliklərindən, xroniki tənəffüs yollarının xəstəliklərindən və xərçəngdən əziyyət çəkənlər daha çox yoluxma riski daşıyır.

Təşkilat qeyd edir ki, sağlamlıq problemləri olan uşaqlar da yüksək yoluxma riski daşıyırlar. "Astma, şübhəsiz ki, risk faktoru hesab olunur" Poland deyir.  Həmin kateqoriyadan olan uşaqların valideynləri ilk növbədə əmin olmalıdılar ki, uşaqları və ailənin digər üzvləri qrip əleyhinə peyvənd olunublar.

Bunun səbəbi, ABŞ-da COVID-19 yayılması ehtimalını nəzərə alsaq, eyni qrip kimi başqa bir virus növü ilə yoluxma ehtimalı istisna ediləcəkdir.  Bu, şübhəsiz ki, valideynlərə sakit olmağa kömək edəcəkdir.  "Qrip əleyhinə peyvənd olunmaqla , heç olmasa, narahat olanların sayını azaldarsınız" deyib O.

Ümid edirik ki, astma xəstəsi olan uşaqların valideynləri sağlamlıqlarına ciddi nəticələr verə biləcək qripdən qorunmaq üçün əvvəlcədən tədbirlər görmüşlər.  "Koronavirusun bir tənəffüs yolu xəstəliyi olduğunu nəzərə alsaq, astma da daxil olmaqla ağciyər xəstəlikləri olan uşaqların valideynlərinin ümumiyyətlə qripə yoluxmamaq üçün eyni tədbirlərə əməl etmələri məntiqlidir."

Səhiyyə işçiləri əhalinin qalan hissəsinə oxşar məsləhətlər verir.  Doktor Poland bildirir: "Uşaqlara əlləri ilə üzlərinə toxunmamağı və əllərini yumadan yemək yeməməyi öyrətməliyik."  O əlavə edib ki, öskürək və ya asqırma zamanı uşaqlara ağızlarını bağlamağı öyrətmək ağıllı bir qərardır.  Kəskin tənəffüs yoluxucu infeksiyalı uşaqlarla münasibət qurarkən məsafə saxlamaq vacibdir - bu valideynlərə də aiddir.

“Uşağınız xəstədirsə, onu məktəbə göndərməyin.  Narahat ola biləcəyini bilirəm".  Onun sözlərinə görə, xəstələnən uşaqlar temperatur aşağı düşdükdən sonra 24-48 saat evdə olmalıdırlar

"Xəstəlik qrip kimi ötürülür;  problem heç kimin bir şey etməməsidir.  Hər kəs əllərini necə yumağı bildiklərini düşünür.  Ancaq əsla əllərini düzgün yuyacaq adi bir insan görmədim "deyə doktor Kruq vurğulayıb.

Mənbə: mel.fm

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR