Slimfit
  1. MARAQLI

Uşaqların yaradıcılığını öldürən davranışlar-Həll yolları

Uşaqların yaradıcılığını öldürən davranışlar-Həll yolları
Sakura

Uşaqların yaradıcılığını öldürən davranışlar-Həll yolları

Aşağıda yaradıcılığı məhv edən 10 davranış qeyd olunub. Fərqində olmadan belə davrandığını başa düşən valideynlər bu vəziyyəti qiymətləndirməlidirlər, yoxsa uşaqların yaradıcılıq ifadələrini məhv edə bilərlər. 

AzEdu.az həmin davranışları və həll yollarını təqdim edir:

Mütəmadi nəzarət etmək – Davamlı monitorinq və həddindən artıq sual vermək narahatedici ola bilər. Heç kəs başqası tərəfindən nəzarət edilməyi sevmir.

Yaradıcılığı gücləndirmək üçün: Uşaqlara lazımi vaxt və məkan verin. Səssiz ara vermək, uşağın tək qalmaq istəyinə hörmət etmək və daim üstlərində durmadan əllərindən gələni edəcəklərinə güvəndiyinizi göstərmək uşaqların özlərini enerjili hiss etməsinə kömək edir.

Qatılıq – Bəzən valideynlər müəyyən məhdudiyyətlər qoya bilir və ya uşaqların səyləri və seçimləri barədə dar düşüncədə ola bilərlər. Bu vəziyyətdə uşaqlar yaradıcılığa qapalı olurlar.

Yaradıcılığı gücləndirmək üçün: Uşaqlarınızın maraqlarına, qeyri-ciddiliklərinə içlərindən gəldiyi kimi davranmalarına və həvəslərinə çevik cavab verin. “Xeyr”, “Olmaz”, ya da “Etməlisən” deməmişdən əvvəl yaxşı düşünün.

Səbirsizlik – Övladlarınızın üzərinə çox gedirsiniz? Yaradıcılığın kök salması, inkişaf etməsi və meyvə verməsi  vaxt apara bilər.

Yaradıcılığı gücləndirmək üçün: Yaradıcılığı vaxt, səy və səbir tələb edən qonaq kimi düşünün. Uşaqları tələsməyə məcbur etmək əksi ilə nəticələnə bilər.

Şübhə – Uşaqlar valideynlərinin onlara inanmadığını və ya öz bacarıqları barəsində pessimist olduğunu hiss edə bilərlər.

Yaradıcılığı gücləndirmək üçün: Uşağınız bir şey etməyə çalışarkən nikbin və optimist olun. Əgər siz optimist olsanız, uşağınız da cəsarət hiss edir.

İzolyasiya – Bəzi uşaqlar müstəqil işləməyi sevirlər, çoxları bərabər işləməkdən daha çox sakit və dinc şəraitdə işləməyə üstünlük verirlər. Lakin bu, potensial təklik və səmərəsiz iş mühiti deməkdir.

Yaradıcılığı gücləndirilmək üçün: Uşaqlarınıza dostları və onları dəstəkləyən və ruhlandırdıra biləcək insanlarla əlaqə yaratmağa təşviq edin.

 

Yorğunluq – Əgər uşaqlar yorğundursa, yaradıcı olmaqları çətindir. İnsanlar yorulduqları zaman bir işə diqqət yetirməkdə çətinlik çəkirlər.

Yaradıcılığı gücləndirmək üçün: Uşaqlara istirahətin, yaxşı bir gecə yuxusunun və balanslaşdırılmış həyat tərzinin əhəmiyyətini anlamaqlarına kömək edin.

Laqeydlik – Laqeydlik və uzaq durmaq həvəs qaçıran amillərdir. Yaradıcılığın məqsədi olmadığı müddətdə ortaya çıxması çətindir.

Yaradıcılığı gücləndirmək üçün: Bir şey haqqında həyəcan, maraq və həvəs yaratmaq uşaqların yaradıcılığını sınayaraq davam etmələri  üçün ilham verə bilər. Uşaqlarınızın ətrafındakı dünyaya və daha artığına dair maraq duyğusunu qidalandırmalarına kömək edin.

İnkişafın çox az olması və ya heç olmaması – Oduğunuz yerdə saymaq kimi hiss etmək cəsarət qıran hisdir.

Yaradıcılığı gücləndirmək üçün: Uşağın uğur qazanması faydalıdır. Bu, uşaq üçün konstruktiv dəstək deməkdir, ona əsas bilik qazandırır  və onun irəliləyişini göstərir. Bu, həm yaradıcılıq üçün motivator, həm də tramplindir.

Ədalətli olmayan gözləntilər – İdarə edilə bilməyən və ya əldə edilməyən hədəflər cəlbedici deyildir. Əldə olmayan şey ağılda da deyil.

Yaradıcılığı gücləndirmək üçün: Gözləntiləriniz ağlabatan olsun. Uşaqlarınızın özlərinə uyğun çətin, nail ola biləcək, məntiqli hədəflər üçün çalışmasını təmin edin.

Mürəkkəblik – Eyni vaxtda birdən çox od yandırmaq itici ola bilər. Eyni zamanda bir çox şeylə məşğul olmaq istəyən uşaqlar adətən məyus olur və nə edəcəklərini bilmirlər.

Yaradıcılığı gücləndirmək üçün: Bir şeyə nail olmaq üçün əsas yol adətən sadəlikdir. Uşaqlar rahat hiss edə biləcəkləri məkan tapsınlar.

Son olaraq… Nə əskik ola bilər?

Yaradıcılıq fərdlərin ehtiyac duyduğu şeyin əskik olması ilə bağlı mübahisəyə çevrilə bilər. Bu çatışmazlığı tamamlamaq asan olmaya bilər, çünki  hər uşağın fərqli ehtiyacı var. Dəstəyə, seçimə, konkret iş vərdişlərinə, tanıdılmış rutinlərə, modellərə, ilham və ya rəqabətə ehtiyac ola bilər. Bu amillərdən biri və ya hamısı  uşağın yaradıcılığına təsir edə bilər.

Uşağınızın xoşbəxtlikverici və yaradıcı olması üçün nəyə ehtiyacı olduğunu düşünün və ona görə hərəkət edin. Məsələn, əgər uşağınız hazırlıqsızdırsa, onunla mərhələ-mərhələ  planı hazırlamağa və ya qaydaları gözdən keçirməyə cəhd edin. Uşağınız istirahət etmək məsələsində qeyri-kafi qalırsa, tənəffüslər, aralar, oyun vaxtı və məşqlər üçün yetəri qədər vaxt ayırmasından əmin olun. Uşağınızın proqramı ağırlaşmırsa, fəaliyyətlərə musiqi, sənət ya da dramatik ünsürlər əlavə edə bilərsiniz. Bir az əyləncə və sirr də işə yaraya bilər. Uşaqlarda fərdi maraq doğuran və ya onları ruhlandırmaq üçün olan üsullar onları motivasiya edəcəkdir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR