Dərc edildi: Baxış sayı: 556
Uşaqların idman mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcəklər
Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlərin cərimələnməsi təklif edilir.
Trend-in məlumatına görə, bununla əlaqədar "İnzibati Xətalar Məcəlləsi"nə dəyişikliklərin edilməsi təklif olunur.
Bu təklifə əsasən, idman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət