Bu problem yeni doğulan uşaqların 3% ola bilir. Bu nisbətin yarısı görmə itkisi ilə nəticələnir. Bu göz problemi bəzən əzələ zəifliyi səbəbindən, bəzən isə beyində şiş və ya başqa xəstəliklər nəticəsində yaranır.

Dünyadakı insanların 3-4%-i bu problemdən əziyyət çəkir.

Erkən diaqnoz müalicənin effektivliyini artıra bilər

İlk bir neçə ayda uşaqlarda gözlərdə çəplik müşahidə olunmağı normaldır. Bu problem uşaqların 4 və ya 6-cı ayında düzəlir. 4-6 ayını tamamlamış uşaqlarda hələ də bu problem varsa, mütləq həkimə müraciət etmək lazımdır. Erkən diaqnozun hər xəstəlikdə rolu böyük olduğu kimi, çəpgözlükdə də rolu böyükdür. Müalicənin gec başlanılması qalıcı çəpgözlüyə səbəb ola bilər.

Çəpgözlük ən gec 6 yaşa qədər müalicə olunmalıdır

Çəpgözlük və çəpgözlüyə bağlı olaraq yaranan göz təmbəlliyi, 4-6 yaşa qədər müalicə olunmadığı zaman qalıcı göz problemlərinə yol aça bilir. Çünki göz sisteminin bu problemi 6 yaşdan sonrakı müalicələrə cavab vermir. Çəpgözlüyün bir çox növünə sadə müayinə zamanı diaqnoz qoyulur. Müalicəsi isə səbəbindən asılı olaraq, ya dərman müalicəsi ilə, ya da cərrahi əməliyyatla düzəldilə bilir.

Çəpgözlük psixoloji problemlərə də yol aça bilir

Çəpgözlük görmə problemləri ilə yanaşı, həm də psixoloji problemlərə yol aça bilir. Uşaqlarınız sosial mühitdə buna görə utana bilir, belə olduğu hallarda uşaqlar həmyaşıdları ilə dostluq etməkdən çəkinirlər. Bəzən elə düşünürlər ki, bu böyük bir qüsurdur və onları insanlar ələ sala bilərlər.

 

 

Mənbə: Aznews.az