Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlarda qurd olduğunu necə müəyyən etmək olar? - Pediatrdan çağırış

Uşaqlarda qurd olduğunu necə müəyyən etmək olar? - Pediatrdan çağırış
Sakura

Uşaqlarda qurd olduğunu necə müəyyən etmək olar? - Pediatrdan çağırış

“Bəzi "insanlar" daha çox pul qazanmaq üçün qan analizi verdirərək pasiyentləri qurd mövcudluğuna dair iddialarla qorxutmağa və aldatmağa davam edirlər”.

e-tibb.az-ın xəbərinə görə, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.

Həkim bununla bağlı valideynlərə müraciərt edib:

Neçənci dəfədir ki, bu mövzuda məqalələrimdə qeyd edirəm, lakin görürəm ki, xeyri yoxdur. Hörmətli valideynlər, əziz həmvətənlərim, yadda saxlayın, sizin, yaxud övladınızın bədənində qurd olduğunu yalnız növbəti şərtlərdə demək olar:

1. Siz özünüz həmin qurdları uşağın nəcisində, yatağında və s. görmüsünüz.

2. Nəcisi müayinəyə vermisiniz və həkim-laborant mikroskop altında qurdun özünü yaxud yumurtalarını aşkar edib.

3. Müəyyən simptomatika var.

Mütəxəssis vurğulayıb ki, qanda qurdlara qarşı immunoqlobulinin aşkar edilməsi, xüsusən də "G" tipli olması, heç bir əhəmiyyət daşımır: “Helmintozlarin (qurdların - red.) müalicəsi isə yalnız dərmanlarla həyata keçirilir və üstəgəl bununla bağlı müəyyən pəhrizlər var. Qurdların aşkarlanması və müalicəsi heç bir aparatla edilə bilməz! Nağıllara aldanmayın!”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR