Uşaqlarda koronavirusun hansı simptomlarından valideynlər xəbərdar olmalıdır
Ens.az bildirir ki, böyüklərlə yanaşı, uşaqlar da koronavirusa yoluxa bilər. Düzdür, onlar xəstəliyi daha asan keçirir və aralarında ölüm nadir hallarda olur. Ancaq bütün hallarda bəzi simptomlardan valideynlər xəbərdar olmalıdır.
Uşaqlarda koronavirus infeksiyasının tipik simptomları böyüklərdə olduğu kimi eynidir: yüksək hərarət və quru öskürək. Ancaq bəzi körpələrdə qeyri-spesifik simptomlar görünür və bu əksəriyyət üçün yayılmış tipik virus infeksiyalarıdır : burun axması və mədə-bağırsaq narahatlıqları (ishal və qusma).
Professor Karina Batler dərhal reaksiya verilməsi və həkimə müraciət etməyin vacib olduğu simptomları açıqlayıb
fiziki fəaliyyət zamanı nəfəs almaqda çətinlik;
halsızlıq, yuxuculluq;
içməkdən imtina, maye qəbulunun azalması.
Ümumiyyətlə, İsveç, İngiltərə və ABŞ-dan olan tədqiqatçılar tərəfindən 18 martdan əvvəl nəşr olumuş virusla əlaqədar 45 elmi işin araşdırması göstərir ki, Covid-19 diaqnozu qoyulan xəstəliklərin 1 faizindən 5 faizə qədəri uşaqlardır. Yoluxmuş uşaqların 96 faizində xəstəlik çox yüngül keçir. Və yalnız 0.2% -dən azında ağırlaşma meydana çıxır.
Mənbə: www.med2.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət