Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlarda boğaz ağrıları

Uşaqlarda boğaz ağrıları
Sakura

Uşaqlarda boğaz ağrıları

Fəsil dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Xüsusilə payız və qış mövsümü orqanizmin xəstəliklərə qarşı ən həssas olduğu dövr sayılır. Həmin aylarda immun sistemi zəif olanlarda bir çox problemlər özünü göstərir. Elə bu səbəbdən də mütəxəssislər həmin aylarda diqqətli olmağı məsləhət görürlər.

Boğaz ağrıları soyuq fəsillərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır və həmin narahatlıq əksər hallarda boğazın iltihabi prosesi şəklində üzə çıxır.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova deyib: “Boğaz ağrılarının ən geniş yayılmış səbəbi soyuqdəymə və qrip hesab olunur. Həmin hala uşaqlar arasında daha çox rast gəlinir. Təcrübə göstərir ki, 4-7 yaşarası uşaqlar həmin problemlə daha tez-tez üzləşirlər.

Boğaz ağrısının digər bir səbəbi isə bakterial infeksiyalardır. Udqunmaq, yemək və danışmağa çətinlik törədən boğaz ağrısı həyat tərzinə və yaşam keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də dəyişən fəsillərdə sağlamlığa ciddi fikir vermək lazımdır".

Həkim-pediatr xəstəliyin niyə məhz boğazda baş verməsi ilə əlaqədar deyib: “Havalar soyuyan kimi virus xəstəlikləri baş qaldırır. Boğaz orqanizmə daxil olan viruslar üçün bir növ giriş qapısı rolu oynayır. Ona görə də badamcıqlar həmin virusa birinci olaraq yoluxurlar. Qıcıqlanmalar, öskürək, hətta bəzən gecələr boğulmalar baş verir”.

Həkim onu da deyib ki, boğaz ağrıları yalnız bakterial infeksiyayla əlaqədar olanda antibiotik təyin etmək məsləhətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR