Uşaqlar və valideynlər Uşaqlı evi necə təmiz saxlamalı? – İpucları
Uşaq olan evdə təmizləyə riayət etmək bir az çətindir. Başqa sözlə, uşaqların olduğu ev sanki müharibədən çıxmış sahəyə bənzəyir. Kiçik canları ilə evdə elə bir qarışıqlıq yaradırlar ki, bəzən böyüklər belə işin öhdəsindən gəlməkdə, yır-yığış etməkdə çətinlik çəkir. Yemek qırıntıları, boyalar, əşyalardan qalan qırıntılar və s. kimi mənzərələrlə qarşılaşanda sakit olmaq üçün güclü səbirə və ağıllı həll yollarına malik olmaq lazımdır.
Anaların işini asanlaşdırmaq üçün hazırladığımız bu ipucları ilə uşaqlı evi təmiz saxlamaq mümkündür.
Limon + duz
Bu sadə kombinasiya uşaq paltarlarındakı tər ləkələrini çıxartmaqda çox təsirli vasitədir. Ləkəni limon suyu ilə isladın və sonra üzərinə duz tökün və ovun. Daha sonra hər zamankı kimi yuyun.
Karbonat- yəni Soda
Diş məcunu çirklənən idman ayaqqabılarını təmizləmək üçün əla vasitədir.
Yaş dəsmal
Yaş dəsmallar hər şeyi təmizləyir. Mətbəx səthləri, hamam, ev əşyaları və geyimlərdəki maddələri asanlıqla təmizləmək olar. Yaş dəsmalla uşağın dərisin sildikdən sonra mütləq su ilə yuyun.
Sirkə
Uşaqların stəkanlarını və butulkalarını dezinfeksiya etmək üçün sirkəyə etibar etmək olar.
Oyuncaqlar
Plastik oyuncaqlar qabyuyan maşında yuyaraq asanlıqla təmizlənə və dezinfeksiya edilə bilər. Bununla yanaşı gəlinciklər və yumşaq oyuncaq ayılar paltaryuyanmaşında həssas proqramda yuyula bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət