Slimfit
  1. UŞAQLAR ÜÇÜN

Uşaqlar üçün süni və hazır qidalar: Pediatr zərərlərini açıqlayır

Uşaqlar üçün süni və hazır qidalar: Pediatr zərərlərini açıqlayır
Sakura

Uşaqlar üçün süni və hazır qidalar: Pediatr zərərlərini açıqlayır

“Körpə üçün yeganə təbii qida ana südüdür. Bu məsələ müzakirə mövzusu deyil və olmamalıdır”.

Bu sözləri Lent.az -a pediatr Vaqif Qarayev deyib. O bildirib ki, ilbəil ana südü ilə qidalanan uşaqların sayı çoxalır:

“Maraqlı məqam budur ki, bizim analar hər şeyi kənardan istəyirlər. Yəni, mütləq onlara həkim və ya başqa şəxslər məsləhət verməlidirlər. Əks halda, onlar bunu etmirlər.

Qeyd edim ki, birinci doğuşdan sonra anada süd az ola bilər. Amma süd azdırsa, bu o demək deyil ki, uşaq süni qidaya keçməlidir. Süni qidaya keçid ancaq göstərişlə - anada süd olmazsa, məsləhət edilə bilər. Burada uşağın ac qalmaması üçün yeganə çıxış yolu süni qida qalır.

Məsələn, ən çox analar soruşurlar ki, hansı qida uşaq üçün yaxşıdır. Buna cavab odur ki, uşaq hansını yaxşı qəbul edərsə, o yaxşıdır. Çünki bütün firmaların qutularında yazılanlar eyni şeylərdir”.

Pediatr əlavə edib ki, ana südünün həm uşaq, həm də qadın üçün faydası böyükdür:

“Südü az olan qadınlar çox vaxt süd verməmək qərarına gəlirlər və bildirirlər ki, uşaq bununla doya bilmir. Ancaq uşağın südü əmməsi südün gəlməsini stimullaşdırır və artırır. Eyni zamanda, süd verən ananın döş vəzisində və uşaqlığında onkoloji problemlərin yaranmaması üçün bu çox vacibdir.

Körpələr isə ana südü qəbul etdikləri zaman gələcəkdə yoluxa biləcək xəstəliklərə qarşı müqavimətində xüsusi rol oynayır. Xüsusən ilkin süd deyilən bir şey var ki, körpənin doğulduğu ilk günlərdə çox vacibdir”.

V.Qarayev bildirib ki, doğum evlərində analara süni qidaların təklif edilməsi və reseptlərə yazılması düzgün deyil:

“Bu, illərdir var. Ancaq sistemli şəkildə deyil. Bundan çıxış yolu odur ki, doğum evlərinin süni qida şirkətlərinə qapısı mütləq bağlanmalıdır. Süni qidalar, ümumiyyətlə, doğum evlərində məsləhət edilə bilməz, əgər bu baş verirsə, qəbul olunan vəziyyət deyil”.

Pediatr satışda olan hazır qidalarla bağlı da fikirlərini bölüşüb:

“Hazır qidalara gəlincə, 1 yaşında uşaq üçün sıyıqlar, supla mağazalarda var. Ancaq onlar kimyəvi işləmədən keçirlər və allergiya törədiciləri var. Ona görə də məsləhətim odur ki, anaların özləri qidaları hazırlasınlar.

Təcrübə göstərir ki, hazır qidalar uşaqların mədə-bağırsaq problemlərinə səbəb olur. Bu səbəbdən də bacarılan qədər hazır qidalardan uzaq olmaq məsləhətdir”.

Qeyd edək ki, son günlər medianın gündəmini zəbt edən məsələlərdən biri də doğum evlərində uşaqlara süni qidaların reseptlə yazılmasıdır.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR