Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlar üçün gündəlik qidalanma qaydaları - Mütəxəssis rəyi

Uşaqlar üçün gündəlik qidalanma qaydaları - Mütəxəssis rəyi
Sakura

Uşaqlar üçün gündəlik qidalanma qaydaları - Mütəxəssis rəyi

10-15 yaşları insan orqanizminin formalaşmaqda olduğu yaşlardır. Bu yaşda uşaqların həm də zehni fəaliyyətlə məşğul olduğunu nəzərə alsaq, qidalanmaya xüsusi diqqət yertirilməlidir.

Metbuat.az məsələ ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin üzvü, qida texnoloqu Ağa Salamovun fikirlərini öyrənib:

"Uşaq müxtəlif çeşidli qida maddələri almalıdır. Uşağın gündəlik rasionuna 15 növ müxtəlif qida məhsulları daxil olmalıdır (həftə ərzində qida rasionuna 30 növ qida məhsulları daxil olmalıdır). Yodlaşdırılmış duzdan istifadə olunmalıdır. Qəbul olunan duzun gündəlik miqdarı 5 qramdan (1 çay qaşığı) artıq olmamalıdır. Mövsümlər arası dövrdə (payız-qış, qış-yaz) yaşına uyğun olaraq uşaqlar tövsiyə edilən vitamin-mineral kompleksləri almalıdırlar. Məktəblinin qida rasionunu “C” vitamini ilə zənginləşdirmək məqsədilə gündəlik itburnu dənləməsi qəbul etmək məsləhət görülür. Qida qəbulu sakit şəraitdə olmalıdır. Əgər uşaqda bədən çəkisinin azlığı və ya artıqlığı varsa, bu halda həkim konsultasiyası vacibdir".

 

Ağa Salmanov məktəb yaşlı uşaqların hər gün bu qidaları qəbul etməli olduqlarını deyib:

- Kərə yağı: 30-40 qram

- Bitki yağı: 15-20 qram

- Çörək (buğda və çovdar): 200-300 qram

- Yarmalar və makaron məmulatları: 40-60 qram

- Kartof: 200-300 qram

- Tərəvəz: 300-400 qram

- Meyvə (təzə): 200-300 qram

- Şirə: 150-200 ml

- Şəkər: 50-70 qram

- Şirniyyat məmulatları: 20-30 qram

- Süd, süd məhsulları:300-400 qram

- Quş əti(file):100-130 qram

- Balıq (file):50-70 qram

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR