Slimfit
  1. CƏMİYYƏT

Uşaqlar sürücülərə müraciət edib

Uşaqlar sürücülərə müraciət edib
Sakura

Uşaqlar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) növbəti maarifləndirici videoçarx təqdim edib.

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev “Report”a bildirib ki, videoçarx uşaqların iştirakı ilə hazırlanıb.

Şöbə rəisi qeyd edib ki, videoçarxın nümayiş olunmasında əsas məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına xidmət etməkdən ibarətdir: “Həmçinin buradakı məqsədlərdən biri də uşaqların iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının minimuma endirilməsidir. Təbii ki, bu cür tədbirlər davamlı olacaq və yaxın müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən maarifləndirici və təbliğat xarakterli videoçarxların hazırlanması gözlənilir”.

Xatırladaq ki, videoçarxda “özümüzün və yaxınlarımızın həyatına dəyər verək və yol hərəkəti qaydalarına əməl edək”, “tələskənlik məsafəni azaltdığı qədər ömrü də azalda bilər", “hər zaman yolunu rəvan istəyirsənsə, qaydalara riayət elə”, “heç bir uşaq səhlənkar sürücüyə görə, həyatını itirməməlidir” tipli maarifləndirici və təbliğat xarakterli fikirlər istifadə olunub.

 
Mənbə: report.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR