Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlar da koronavirusla ciddi xəstələnə bilər - ÜST

Uşaqlar da koronavirusla ciddi xəstələnə bilər - ÜST
Sakura

Risk alyında yalnız yaşlı insanlar deyil

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), uşaqların yeni koronavirus COVID-19 ilə ciddi xəstələnə biləcəyini bəyan edib. End.az saytı xəbər verir ki, bu barədə doktor Mayk Rayan ÜST-də keçirdiyi mətbuat brifinqi zamanı bildirib.

Rayan qeyd edib ki, Cənubi Koreyada ölənlərin 20% -i 60 yaşın altındadır.

"Buna görə yalnız yaşlı insanların risk altında olduğunu düşünmək heç də doğru deyil" deyib.

Doktor Maria Van Kerxove, uşaqların əsasən COVID-19 -u yüngül keçirdiklərini, lakin son tədqiqatların ağır xəstəlik hallarının da mövcud olduğunu göstərdiyini deyib. Çində bir uşaq vəfat edib.

"Uşaqlarda simptomlar böyüklərdə olduğu kimidir. Yüksək hərarət, quru öskürək, yorğunluq, əzələ ağrısı" , deyib o.

Xatırladaq ki, ÜST koronavirus COVID-19-a qarşı peyvəndin ilk sınağının başlandığını elan edib. Təşkilatın direktoru Tedros Adan Qebreisus, peyvənd sınaqlarının koronavirusun genetik ardıcıllığının ötürülməsindən iki ay sonra başladığını söyləyib.

Mənbə: www.rbc.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR