Dərc edildi: Baxış sayı: 542
"Uşaqlar bizim gələcəyimizdir" adlı Beynəlxalq folklor rəqs festivalının açılışı olub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə "Uşaqlar bizim gələcəyimizdir" adlı Beynəlxalq folklor rəqs festivalının açılışı olub.
Trend-in məlumatına görə, festivalın açılışını ilk öncə təşkilatçılar "Riad pro, "Aysel" rəqs qrupu və Spring Hotel, sonra isə ölkəmizə gələn qrupların rəhbərləri öz nitqlərini söyləyiblər.
Festivalı Azərbaycanı təmsil edən "Aysel" və "Cahan" rəqs qrupu, sonra Gürcüstanı təmsil edən "Vardiza" qrupu, Hindistanı təmsil edən "Bobby dance academy" rəqsləri ilə festivalı coşdurdular. Festivalin ilk gününün bağlanışı isə Şeron qrupunun ifaları ilə yekunlaşdı.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət