Slimfit
  1. CƏMİYYƏT

Uşaq verilişlərində yayılan reklamlar uşaqların yaşına uyğun olmalıdır

Uşaq verilişlərində yayılan reklamlar uşaqların yaşına uyğun olmalıdır
Sakura

Uşaq verilişlərində yayılan reklamlar uşaqların yaşına uyğun olmalıdır

Gələn il yanvarın 1-dən uşaq verilişlərində yayılan reklamların uşaqların yaş kateqoriyasına uyğun olması tələbi qoyulacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyev tərəfindən yeni təsdiqlənən "Reklam haqqında” qanunda öz əksini tapıb.

Qanuna edilən yeni əlavəyə əsasən, yanvarın 1-dən uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilməyəcək.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əsasən, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

"Təhsil haqqında” qanuna edilən yeni əlavəyə əsasən, yanvarın 1-dən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilməyəcək.

"Məktəbəqədər təhsil haqqında” Qanuna edilən əlavəyə əsasən, yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR