Slimfit
  1. CƏMİYYƏT

Uşaq qidalarının tərkibində bu təhlükəli maddələr var

Uşaq qidalarının tərkibində bu təhlükəli maddələr var
Sakura

Uşaq qidalarının tərkibində bu təhlükəli maddələr var

Bu həftə dərc olunan yeni tədqiqatın nəticələrinə görə, uşaq qidaları məhsullarının təqribən 95 faizinin tərkibində ağır metalların, o cümlədən arsen, qurğuşun, kadmium və civə qalıqlarının izləri mövcuddur.

AZƏRTAC xəbər verir ki, inkişaflarının ilk 1000 günündə uşaqlar üçün toksik kimyəvi maddələrin təsirinin azaldılması üzrə proqramlar hazırlayan və icra edən “Healthy Babies Bright Futures” qeyri-kommersiya təşkilatları alyansının sifarişi ilə aparılan tədqiqatın müəllifləri ABŞ-ın ərzaq məhsullarına və dərman preparatlarına nəzarət idarəsini tədqiqatın nəticəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Hesabatda deyilir ki, testdən keçirilən uşaq qidalarının olduğu konteynerlərin 94 faizində qurğuşun, 75 faizində kadmium, 73 faizində arsen və 32 faizində civə aşkarlanıb. Tədqiqat göstərib ki, testdən keçirilmiş məhsulların 26 faizinin tərkibində 4 metal, 40 faizində isə azı 3 metal olub.

İctimai Səhiyyə Qlobal Proqramının və çirkləndirilmənin qarşısının alınması üzrə Boston kollecindəki qlobal rəsədxananın pediatrı və direktoru, doktor Filip Landriqan bildirib ki, arsen, qurğuşun və digər ağır metallar uşaqların inkişafının xüsusən erkən mərhələlərində əsəb sisteminin zədələnməsinin əsas səbəblərindən biridir.

Tədqiqatda deyilir ki, islahat tərəfdarları 2011-ci ildən başlayaraq müntəzəm şəkildə uşaq qidalarını testdən keçirir. Ərzaq məhsullarına və dərman preparatlarına nəzarət idarəsi və digər təşkilatlar isə 2017-ci ildə uşaq qidası üzrə şura yaradıblar. Bu, belə məhsulların tərkibində toksik ağır metalların azaldılması üzrə səmərəli qərarların qəbul edilməsinə kömək göstərməkdən ötrüdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR