Slimfit
  1. DÜNYA

Uşaq qan-tər tökür, qan ağlayır

Uşaq qan-tər tökür, qan ağlayır
Sakura

Uşaq qan-tər tökür, qan ağlayır

Hindistanın Tripura ştatından olan səkkiz yaşlı qız nadir xəstəliklə əlaqədar qan ağlamağa və qanlı tərləməyə başlayıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Çvanqsas Debbarmada qeyri-adi simptomlar ilk dəfə aprel ayında görünüb. Həmin dövrdən etibarən onun mütəmadi olaraq burnundan və qulağından qan axıb, həmçinin, qolunun altında, üzündə, əl və ayaqlarında qanlı tərlər görünməyə başlayıb. 

Qız öz şəhərində Qefsiman bağında dua edərkən qan-tər olan İsa Peyğəmbərlə (Tövrata görə) müqayisə edilir.

Xəstəxanaya aparılan uşaqda həkimlər hematogidrozdan şübhələniblər. Lakin diaqnoz qoymaq üçün əlavə yoxlamalara ehtiyac olub. Tibb işçiləri qıza dərman təyin ediblər. Bir neçə gündən sonra qızın vəziyyəti düzəlib.

Lakin az sonra uşaqda qanaxmalar başlayır, bu dəfə qan onun dodaqlarından, dilindən, alnından, başından, gicgahlarından, əllərindən, ayaqlarından, gözlərindən, ayaq barmaqlarından, qulaqlarından, biləklərindən və barmaq uclarından axmağa başlayır. Debbarma özünü pis hiss edir, döş qəfəsinin ağrıdığını bildirirdi.

Həmin dövrdən etibarən uşaq ştatın müxtəlif xəstəxanalarında bir neçə həkimin müayinəsində olub, lakin ona kömək edən tapılmayıb.

Hematogidroz – pasiyentdə dəri vasitəsilə qanın axması vəziyyətidir. Bu xəstəlik 10 milyondan bir adamda görünür. Qanama, adətən, öz-özünə dayanır. Bu, təhlükəli deyil, ancaq bədənin  susuzlaşmasına və diskomforta səbəb ola bilər. Xəstəlik çox nadir olduğundan elm adamları hematogidrozun yaranmasının nə ilə əlaqədar olduğunu tam müəyyənləşdirə bilməyiblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR