Slimfit
  1. MEDİA

“Uşaq pulu ilə bağlı müzakirələr səhv istiqamətdə aparılır”

“Uşaq pulu ilə bağlı müzakirələr səhv istiqamətdə aparılır”
Sakura

“Uşaq pulu ilə bağlı müzakirələr səhv istiqamətdə aparılır”

Ekspert: “Ayda 1 milyon qazananın da uşağına müavinət verilməlidir, təminatsız ailənin də?”

2006-cı il iyunun 1-dən Azərbaycanda “uşaqpulu” verilmir. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb

Millət vəkili Vahid Əhmədovun “uşaq pulu” adlandırılan dövlət müavinətinin gündəmdə olması barədə verdiyi informasiya bu xəbəri çoxdan gözləyənləri sevindirsə də ekspertlərin fikrinə görə sevinmək üçün tezdir.

“Bizə aylıq uşaq pullarının bərpa edilməsi barədə müraciət edirlər. Səhv etmirəmsə, yanvar-fevral aylarında prezident doğulan uşaqlara birdəfəlik yardımın artırılması haqqında sərəncam imzaladı ( Bu il aprelin 1-dən həmin birdəfəlik məbləğ təqribən 2 dəfə artırılaraq 200 manata çatdırılıb). Biz bunun da az olduğunu düşünürük, uşaqların ehtiyacını qarşılamaq, sağlam böyüməsi üçün uşaq pulunu bərpa etmək lazımdır.

Eyni zamanda, iqtisadi tərəfinə baxılır ki, bunun üçün nə qədər məbləğə ehtiyac var. Yəni məsələ gündəmdədir”

Hüquq müdafiəçisi və müstəqil ekspert Sahib Məmmədov isə düşünür ki, uşaq pulu məsləsinin bərpası yaxşı effekt verməyəcək. Azərbaycanda sosial müavinətlərin verilməsində dövlət ünvanlılıq prinsipini əsas götürür. Belə olan halda indiki sistemi ləğv edib, “uşaqpulu” mexanizminə qayıtmaq arzuolunan effekti verməyəcək.

“Bəzi millət vəkillərimizi anlayıram. Seçicidən xal toplamaq filan. Qarşıda seçkilər var. Amma uşaq pulu nəyə deyir bunlar anlaya bilmirəm. Əgər ehtiyacı olan ailələrdə olan yaşı 18-ə çatmayanlar üçün uşaq müavinətinin verilməsini nəzərdə tuturlarsa onda UDSY hara getsin? Uşaq pulunu gətirib uşağın bələyinə qoyurlar ki, apar xərclə? İstənilən müavinət valideynlərə verilir də. Onlar da verir qəndə-çaya. Belədə ÜDSY üçün ehtiyac meyarının artırılmasından və prosesin ünvanlılığının təmin olunmasından danışmaq olar, amma uşaq pulu verilirsə onda ÜDSY nədir? Mİllət vəkillərindən biri Vahid Əhmədov lap qabağa gedib. Onun dediyindən belə çıxır ki, ÜDSY öz yerində, amma uşaq pulu ünvansız verilməlidir. Yəni hamıya. Məsələn ayda 1 milyon qazananın da uşağına müavinət verilməlidir, təminatsız ailənin də. Bu necə ola bilər? Niyə mənim ödədiyim vergi hansısa oliqarxın, ya lap vicdanlı biznesmenin uşağına verilməlidir, hansı ki, buna ehtiyacı yoxdur. Uşaq pulu ya ünvanlı olmalıdır ya da olmamalıdır. Ünvanlı olanda isə ÜDSY-nin mahiyyəti itir. İkisindən biri olmalıdır. Ünvanlı uşaq müavinəti olacaqsa onda bütün ailə üzvlərinin yaşı 18-i keçənlər müavinətdən məhrum olacaq. Birdəfəlik uşaq pulunu artırmaq olar və ya ÜDSY+ varinatı ola bilər. Misal. ÜDSY alan ailədə 3 yaşına (misal üçün) çatmayan körpə varsa onda ailənin qazancının ailənin ehtiyac meyarına çatmayan hissəi+ hər körpə üçün 50 manat (bu da misal üşün-daha çox ola bilər). Müzakirələr səhv istiqamətdə gedir bir sözlə.

Mən bu mövzuda 3-4 ay əvvəl demişəm fikirlərimi. Bu gün nəhayət millət vəkillərindən biri də oxşar fikir bildirib. Kimin əks arqumenti varsa buyursun”,- deyə o qeyd edib.

İqtisadçıların rəylərinə görə, “uşaq pulu” kimi mexanizmlər demoqrafik problemlərin yaşandığı ölkələrdə tətbiq olunur. Məsələn, Rusiyada demoqrafik vəziyyət kritik səviyyədə olduğundan, ölüm doğuşu üstələdiyindən dövlət buna getməyə məcbur oldu. Azərbaycanda isə, son 15 ildə əhali sayı 1.7 milyon nəfər artaraq, 10 milyonu ötüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR