Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaq kökdürsə, niyə sevinməməliyik?

Uşaq kökdürsə, niyə sevinməməliyik?
Sakura

Uşaq kökdürsə, niyə sevinməməliyik?

Son qırx ildə dünyada köklükdən əziyyət çəkən uşaqların (5-19 yaş arası) sayı on dəfə artıb. Dünya Səhiyyə Təşkilatı bildirir ki, 2018-cı ildə dünyada köklükdən əziyyət çəkən uşaqların sayı 124 milyon nəfər olub. Bu göstərici 1975-ci ildə 11 milyon nəfərə bərabər olub.

Beynəlxalq təşkilatın açıqladığı hesabatda 213 milyon uşağın çəkisinin isə norma göstəricilərindən yuxarı olduğu qeyd edilib. Dünya əhalisinin sayının artması müvafiq olaraq köklükdən əziyyət çəkən uşaqların sayının da artmasına gətirib çıxarıb. Buna baxmayaraq, təşkilatın ekspertləri faiz göstəricilərinin heç də ürəkaçan olmaması qənaətindədirlər. Belə ki, 1975-ci ildə uşaqların cəmi 1 faizi kök idisə, indi qızların təxminən 6, oğlanların isə təxminən 8 faizi şişmandır.

Hesabatda qeyri-sağlam qidaların (fast-food) reklamı və uşaqlar arasında sevilməsi, sağlam qida məhsullarının qiymətinin baha olması, az hərəkət uşaqların köklüyə meyl etməsinin əsas səbəbləri kimi göstərilib.

Təşkilatın hazırladığı hesabat dünyanın 200-dən çox ölkəsində aparılmış 2400-dən artıq populyasiya yönümlü tədqiqatlar əsasında tərtib olunub.

Uşaqların şişmanlığı 2 yaşından bilinir

Bəli, son illər dünyada uşaq şişmanlığı olduqca geniş yayılıb. Hətta o qədər geniş ki, indi yolda-izdə arıq uşaq görmək çətinləşib. Bəzən köklük yanlış olaraq uşağın sağlamlığı, yaxşı qidalanması kimi başa düşülür. Yeni bir araşdırmaya görə, uşaqların doğum çəkisi kimi bir çox faktor 10 yaşından etibarən uşaqların şişman (obezite) olub-olmayacağını təxmin etməkdə yardımçı olur. Doğum çəkisi və ya ailədəkilərin çəkisi kimi faktorları hesablayaraq, bir körpənin 10 yaşından etibarən obez olub-olmayacağını doğru bir şəkildə təxmin etmənin mümkün olduğu ortaya çıxıb.

Amsterdamdakı Akademik Tibb Mərkəzindəki dosent həkim Tanya Vrijkotte, obeziteyə müdaxilənin çox çətin olduğunu, tibb bacısı və həkimlərin mümkün olan ən qısa müddətdə hərəkətə keçməsinin vacibliyini deyir. Ailələrə doğumdan dərhal sonra xəbərdarlıq edilməli, sağlam yeməklərin və həyata keçirilməsi lazım olan hərəkətlərin başa salınması lazım gəlir: “Uşaqların sağlam yetişməsi  üçün bəzi hərəkətlərin qarşısı zamanında alınmalıdır”.

Ä°lgili resim

Hollandiyadakı uşaqların şişman olub-olmadığının 2 yaşındakı yoxlama zamanı müəyyənləşdiyini, ailələrə də uşaqları 2 yaşında olan zaman dəstək təklif edildiyini bildirən Vrijkotte aşağıdakıları deyib: “Ancaq məncə daha öncə başlamalı və ata-analarla bu mövzuları danışmalıyıq. Valideynlərə körpələrinin tamamən sağlam olduğunu, bir problem olmadığını, ancaq yüksək risk altında olduğunu başa salmalıyıq”.

“Amsterdamda doğulan uşaqlar və inkişafları” adlı çalışmanı həyata keçirən heyət gələcəkdəki şişmanlığın əlamətləri olan 17 faktoru araşdırıb. 8 min uşaq üzərində aparılan çalışmada bu faktorlardan 12-nə baxılaraq 10 yaşından etibarən şişman olub-olmayacaqlarının yüzdə 70 ehtimalla təxmin edilə biləcəyi nəticəsi əldə edilib.

Dünyaya gəldikdən sonrakı ilk 6 ayda alınan çəki, doğum çəkisi, cinsiyyət, hamiləlikdə və uşaq dünyaya gələndən sonra evin içində siqaretdən istifadə, anada diabet olub-olmaması, ana və atanın bədən çəkisi, uşağın gün içində bağçada olması, ananın təhsili və etnik kökü bu faktorlardan sadəcə bir neçəsidir.

Genetika da şişmanlıqda rol oynayan faktorlardandır. Amma sadəcə gen daşıyıcısı, valideynlərin obezite riski mövzusunda xəbərdarlıq edilməsi üçün kifayət deyil. İngiltərədəki Pediatriya və Uşaq Sağlamlığı Krallığı Kollecindən həkim Max Davie “Həddən artıq kök uşaqların gələcəkdə kök yetkinlərə çevrilməsini bilirik. Bu da gələcəkdə ciddi sağlamlıq problemi müəyyənləşdirmək, onların gələcəkdəki sağlamlığını qorumaq üçün işə yaraya bilər” deyir.

Krallıq kollecindən professor Helen Stokes-Lampard da, uşaqlıqdakı şişmanlığın hazırda ən böyük sağlamlıq problemlərindən biri olduğunu düşünür.

tombul çocuk ile ilgili görsel sonucu

Amerikada şişman uşaqlar rekord vurub

Son illərdə bütün dünyada uşaqlar arasında şişmanlığın (obezite) görülmə sıxlığı artıb. Bu rəqəm Amerikada 30%-ə qədər yüksəlib. Genetika, ətraf mühit və qidalanmanın pozulması bu xəstəliyin inkişafına şərait yaradır. Sağlam yaşıdları ilə müqayisə edildikdə şişman uşaqlarda sonrakı yaşlarda ürək damar xəstəlikləri (ateroskleroz hipertoniya, miokard infarktı) beyin qan dövranı pozğunluqları, şəkərli diabet, öd kisəsi problemləri, bədxassəli şişlər, oynaq ağrıları, skelet və əzələ xəstəlikləri, psixoloji narahatlıqlar daha çox rast gəlinir. Müalicə metodları olaraq pediatrik yaş qrupunda fiziki hərəkət, pəhriz, motivasiya edici söhbətlərin daha çox faydalı olduğu görülməkdədir.

Slipped Capital Femoral Epiphysis (SCFE) yeniyetmələr arasında baş verən bir xəstəlikdir. Hip deformasiyalar, bəzən ağrılar və həyat boyu əlilliyə səbəb olur. Xəstəliyin erkən tanınması və müalicəsi şiddəti minimuma endirmək üçün vacibdir. Buna baxmayaraq, SCFE gənc yetkinlərdə və bəzən hətta uşaqlarda hip dəyişdirilməsinin ən ümumi səbəblərindən biridir. Araşdırma “Uşaqlıq Obezitəsi və Slipped Capital Femoral Epiphysis” (onlayn Oct. 22) Pediatriya, Liverpul Universiteti, Oksford Universiteti, Aberdin Universiteti və Alder Hey Uşaq Xəstəxanasının tədqiqatçıları tərəfindən aparılıb.

Uşağınızın  artıq aldığı hər 7 min kalori bədənə təxminən 1 kq yağ olaraq yığılır. Bu hesabla uşağınız əgər gündəlik lazım olandan 100 kalori artıq alarsa, 70 gün sonra bədən çəkisinə 1 kq yağ əlavə olunmuş olur. Uşaqlarda gündəlik kalori ehtiyacı yaşa, cinsiyyətə və aktivlik vəziyyətinə görə dəyişir.

Misal üçün 3 yaşında olan bir uşağın gündəlik almalı olduğu kalorinin miqdarı orta hesabla 1200-1300, böyümənin sürətləndiyi yetkinlik yaşında oğlan uşaqlarında bu rəqəm 2500-2800-dür.

Şişmanlığın təməlləri uşaqlıqda atılır. Aparılan araşdırmalara görə uşaq yaşında obez olanların 60 faizi yetkinlik dövründə də şişman olaraq qalır. Yetkinlik yaşında obez olanlarda bu rəqəm 80 %-ə qədər artır.

Obezite nə qədər erkən yaşda başlayarsa, dərəcəsi də bir o qədər çox olar. Aparılan araşdırmalar göstərir ki, yetkin insanlarda şişmanlığın müalicə şansı az olur. Bu səbəbdən də, obezitedə müalicədən daha çox, bu problemin uşaq yaşından etibarən qarşısının alınması daha çox faydalıdır.

Ana südü ilə qidalanan uşaqlarda şişmanlıq riski azdır. Körpə ilk vaxtlar kökəlmiş kimi görünsə də daha sonra arıqlayır.

Ä°lgili resim

Uşaq kökdürsə, onu necə arıqlatmalı?

Körpələrin qidalanmasında 2 yaşına qədər yağı azaltmamaq lazımdır. İki yaşından sonra şişmanlıq riski çox olduğu üçün yağı azaltmaq lazımdır. Bu yaşdan sonra uşaqlar süfrədə yemək yeməlidirlər. Yanlış bişirmə texnikası, yeməklərin təbii tərkibinin itirilməsinə səbəb olan uzun müddətli bişirmə sağlam qidalanmaya olan məhdudiyyətlərdir. Körpəyə şəkəri və yağı yüksək olan qidalar verilməməlidir. Uşaq onları yeyir, qan şəkəri düşür və sonra da tez acır. Lazımsız qidalarla sonsuzluq kimi problem ortaya çıxır.

Bəs müalicə üçün nələr lazımdır, nələr faydalıdır? Həkimlər tövsiyə edir ki, müalicənin ilk amilləri olaraq alınan enerjini azaltmaq və xərclənən enerjini çoxaltmaq lazımdır.

Uşaq çəkini yavaş-yavaş azaltmalıdır (ayda 1-2 kq). Sürətlə arıqlamaq başqa xəstəliklərə yol açar. Pəhrizə hazırlanan zaman, böyümə və gündəlik aktivlik, eyni zamanda, lazımi maddələrin, vitaminlərin qəbulu nəzərə alınmalıdır. Buna görə də pəhriz siyahısı həkim tərəfindən hazırlanmalıdır. Enerjinin xərclənməsi üçün fiziki aktivlik piylənmənin müalicəsində çox vacibdir. Müalicənin ilk günlərində yüngül hərəkətlər edilir. Daha sonra hərəkətin sıxlığı və şiddəti artırılır. Gündəlik hərəkət sayı ən az 30 olmalıdır. Televizor seyr etmək və kompüter arxasında oturma saatları azalmalıdır.

Uşağınızda obezitenin inkişafının qarşısını almaq üçün bu ünsürlərə diqqət etməyiniz vacibdir:

– Həyatının ilk 6 ayında körpənizi ana südü ilə bəsləyin.

– Körpəniz doyduqdan sonra südü bitirməsi üçün məcbur etməyin.

– Uşağınızı təbii meyvələrlə hazırlanmış pürelərə və təbii tərəvəzlərlə hazırlanmış tərəvəz şorbalarına alışdırın.

– Qablaşdırılmış hazır uşaq yeməklərindən və qablaşdırılmış meyvə şirələrindən kənarlaşdırın.

– Kalorisi yüksək olan qidalardan uzaq durmaq məsləhətdir. Məsələn, kardon qutulardakı şirələrərin yerinə meyvə yemələri daha faydalıdır. Həmçinin, cips, vafli, jeleli şirniləri və qidaları yeməməli.

– Fast-food adlanan yüksək yağ faizinə malik olan kartof qızartması, hamburger və pizza kimi qidalardan uzaq olmalı.

– Şəkərli, qazlı içkilərin yerinə su, ayran və süd içməli.

– Tərkibində lif olmayan və yağlı qidalardan qaçmalı. Bunun yerinə nizamlı olaraq qidalanmalı. Tərəvəz yeməkləri, paxlakimilər və təzə tərəvəzlərdən hazırlanmış salatlar  və  s. yeməklərə alışdırılmalı.

– Yeməkləri yavaş və yaxşı çeynəyərək yeməli.

– Çoxlu su içməli. Çünki, maye ehtiyacını qarşılamağın ən təbii yolu sudur və su kalorisiz içkidir.

– Yemək vaxtlarını dəyişməməli.

– Əsas yemək vaxtlarının arasında təzə və ya quru meyvə ya da qatıq kimi sağlam yeməklər yeyilməlidir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR