Slimfit
  1. SİYASƏT

USAID-in Azərbaycandakı fəaliyyəti DAYANDIRILDI?

USAID-in Azərbaycandakı fəaliyyəti DAYANDIRILDI?
Sakura

USAID-in Azərbaycandakı fəaliyyəti DAYANDIRILDI?

Artıq ABŞ də Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qanunsuz əməlləri ilə bağlı açıq mətnlə çıxış etməyə başlayıb.

Ən azından ABŞ dövlət katibi Marko Rubionun son açıqlamasına əsasən, belə qənaətə gəlmək mümkündür. M.Rubio USAID-in fəaliyyətindən narahat olduqlarını, onların müstəqil şəkildə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olmadıqlarını vurğulayıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət katibi sözügedən təşkilatın xalqın vergiləri hesabına əldə etdikləri gəlirlə kimləri maliyyələşdirdiklərini, nə qədər vəsait ayırdıqlarını, podratçılarının kim olduğunu gizlətdiklərini bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsası olmadığı və fəaliyyətini dayandırması barədə bildirişi ABŞ tərəfinə rəsmən göndərib.

Baku TV USAID-in Azərbaycandakı fəaliyyətini dayandırıb-dayandırmamasını öyrənmək üçün təşkilatın ofisində olub.

Bildirilib ki, bir aydır ofisə USAID-in əməkdaşlarından heç kim gəlmir.

 

Ətraflı süjetdə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR