Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşağın qulağını çöplə təmizləmək təhlükəlidir

Uşağın qulağını çöplə təmizləmək təhlükəlidir
Sakura

Uşağın qulağını çöplə təmizləmək təhlükəlidir

Əksəriyyət özünün və övladlarının qulaqlarını təmizləmək üçün qulaq çöpü adlandırılan vasitədən istifadə edir. Rahatlıq axtaranlar hətta ən xırda kirləri belə, təmizləmək üçün pambıqlı çöpü dərhal qulaqlarına salırlar. Ancaq bu çöplərin verə biləcəyi zərərlərdən çoxları bixəbərdir. Bəs qulaq çöpünün nə kimi ziyanları ola bilər? Ümumiyyətlə, qulaqları təmizləmək üçün bu çöplərdən istifadə etmək doğrudurmu? E-tibb.az bununla bağlı uzman həkim, otorinolorinqoloq-cərrah Elnur Əkbərovunfikirlərini öyrənib.

Həkim ilk növbədə qeyd edib ki, qulaq çöpü məfhumu ümumiyyətlə, yoxdur. Bizim qulaq çöpü kimi tanıdığımız əşya əslində kosmetik, gigiyenik vasitədir: “Bu vasitə xarici qulaq keçəcəyinin içindən qulaq kirini təmizləmək, yaxud yad cismi çıxarmaq təyinatı güdmür. Onunla qulaq keçəcəyindən xaric olmuş kiri götürmək olar, yaxud bədənin müxtəlif hissəsinin gigiyenasını həyata keçirmək olar. Amma xarici qulaq keçəcəyini boru olaraq düşünsək, o borunun tərs tərəfində təbil pərdəsi olduğunu nəzərə alsaq, çöpün, qulaq mənfəəzini tutan kirin, tıxacın, yad cismin xaric edilməsi üçün təyin olunmadığını başa düşərik. Xarici qulaq keçəcəyinin diametri təxminən 1 santimetrə qədərdir. Çöpün diametri isə 0,6-0,7 millimetrdir. Siz onu qulaq keçəcəyinə saldıqda kənarında boş yer qalmır ki, ordan kiri, yaxud tıxacı xaric edəsiniz”.

E. Əkbərovun sözlərinə görə, çöp qulaq daxilində kiri nəinki təmizləyə bilmir, hətta ziyanı da ola bilər: “Xarici qulaq keçəcəyinin özü-özünü təmizləmək xüsusiyyəti var. Bu xüsusiyyəti sayəsində qulaq kiri onsuz da xarici qulaq dəliyinə qədər hərəkət edir. Çöplə qulaq kirini gözlə görülən qədər təmizləmək mümkündür. Amma içinə saldığınız təqdirdə kiri təmizləmir, tam tərsinə, xarici qulaq keçəcəyini örtən dərini zədələyir. Diqqətsiz hərəkət etdikdə, təbil pərdəsini belə, zədələmək mümkündür. Nəticə etibarilə qulağın iltihabına, orta və ya xarici otitə təkan vermiş ola bilər. Bu baxımdan qulağın çöplə təmizlənməsi doğru deyil”.

Mütəxəssis hesab edir ki, uşaqların qulaqlarını çöplə təmizləmək ümumiyyətlə, yolverilməzdir: “Kir qulaq mənfəzini tutubsa, qulaq çöpünü içəri daxil etməklə həmin kiri bir az daha dərinə itələmiş olursunuz. Kir çöpə yapışmır axı. Çöpü saldıqca kir də içəri itələnir. Övladında eşitmə zəifliyi ilə şikayət edən valideynlərin uşaqlarını müayinə edərkən bir qismində qulaq kirini qulaq pərdəsinə yapışmış şəkildə aşkarlamışıq. Səbəb də məhz bu çöplərdir. Bu durumda qulaqdan kirin, tıxacın xaric edilməsi çətinliklə müşahidə olunur. Bir neçə gün qulağa kiri əridəcək dərmanlar tökülür, sonra aspirator deyilən sorucu vasitəsilə təmizlənməsi həyata keçirilir. Bu baxımdan çöplərin uşaqların qulağına salınması xüsusilə qəbuledilməzdir”.

Sonda həkim qulaq kirinin ev şəraitində təmizlənməsilə bağlı məsləhət də verib: “Orqanizmdə bütün boşluqlar özünü təmizləmə qabiliyyətinə malikdir. Təbii ki, xəstələnmədiyi təqdirdə. Xarici qulaq keçəcəyində qulaq kirinin əmələ gəlməsi qısa aralarla təkrarlanırsa, adi qliserin damcısından istifadə etmək olar. Otaq temperaturunda olan qliserini 4-5 gün müddətində hər gün 2-3 damcı olmaqla qulaqlara tökmək olar. Bu, qulaq kirinin yumşalmasına, qismən əriməsinə səbəb olar və çiməndə yumşalaraq, xaricə axar. Qulaq tıxacının yaranmasının qarşısını almaq üçün bu proseduru 2-3 ayda bir etmək olar. Xüsusən dərisi yağlı pasiyentlərə tövsiyə olunan üsuldur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR