Slimfit
  1. ELM

Uşağın intellekt səviyyəsini doğulmamışdan əvvəl necə öyrənmək olar?

Uşağın intellekt səviyyəsini doğulmamışdan əvvəl necə öyrənmək olar?
Sakura

Uşağın intellekt səviyyəsini doğulmamışdan əvvəl necə öyrənmək olar?

Genomic Prediction şirkəti bəzi xəstəliklər və ya gələcək uşaqlarda əqli zəiflik riskini əvvəlcədən xəbər verə bilən genetik skrininq testləri hazırladılar.

Hələlik bu testlərdən istifadə edilmir, amma şirkət keçən ay müştərilərin sorğusu əsasında belə skrininqdən istifadə üçün bir neçə süni mayalanma klinikası ilə danışıqlara başlayıb.

İntellekt məsələlərində Genomic Prediction gələcək valideynlərə uşaqların mümkün əqli zəiflik testini təklif edəcək. Bununla belə, bu yanaşmanı potensial daha yüksək İQ ilə embrionların seçimində istifadə etmək olar.

Artıq bir neçə ildir ki, ekstrakorporal mayalanma zamanı sadə genetik testlər aparmaq mümkündür. Belə kistik fibroz və ya Daun sindromu olan embrionları aşkar etmək olar. Amma intellekt səviyyəsi kimi göstəricilər xeyli sayda genlərin fəaliyyətindən asılıdır.

Genomic Prediction böyüklərdə deyil, embrionlarda poligenetik risklərin qiymətləndirməsini təqdim edir. Şirkət müəyyən tibbi şəraitin müəyyən edilməsi üçün skrininq metodu kimi öz testlərini təbliğ edir. Əlbəttə, onlar hər embrion üçün İQ səviyyəsini əvvəlcədən xəbər vermək üçün kifayət qədər dəqiq deyil, amma onlardan hansıların normadan kənarlaşmasını, yəni orta səviyyədən 25 pillə aşağı İQ-ə sahib olmağı göstərə bilər.

Əlbəttə, belə testləri orta səviyyədən yuxarı İQ ilə olan embrionların müəyyən edilməsi üçün istifadə etmək olar. Həmçinin belə testlərlə ürək xəstəlikləri, döş xərçəngi, birinci və ikinci qrup diabet, bağırsağın iltihablı xəstəliklər riskini müəyyən etmək olar.

 

Mənbə: Popmech.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR