Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?
Sakura

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?

Adətən valideynlər uşaqlarını digər uşaqlarla müqayisə etməyi sevir. Buna əsasən də uşağının normal və ya anormal olması qənaətinə gəlir. Məsələn, eyni yaşda olan iki uşaqdan birinin bir qədər hündür, digərinin bir az kök olmasını valideynlər anormallıq kimi qəbul edib. Valideynlərə görə, eyni yaşda olan uşaqlar standart boyda, çəkidə və qabiliyyətdə olmalıdır. Lakin mütəxəssislər hesab edir ki, hər uşağın inkişafı eyni getmədiyi üçün onların görüntü və qabiliyyətləri də eyni ola bilməz.

Mövzu ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, normal adlandırdığımız hal hər bir insan, hər uşaq üçün fərqlidir:

“Uşaqlara adətən baxılandan onların başının ölçüsü və yaxud da hansısa ölçüləri barədə fikirlər yürüdülür. Normal adlandırdığımız hal hər bir insan üçün fərqlidir. Lakin ümumi normal formalar üçün cədvəllər var. Təbii ki, bu cədvəllər hər bir toplum və xalqlara görə dəyişir. Çünki Avropada orta boy göstərici bir cür, Çində başqa cür, bizdə tamamilə fərqlidir. Belə cədvəllərə baxaraq uşaqlarda olan boy, çəki haqqında fikirlər söyləyə bilərik. Amma qeyd etdiyimiz cədvəllər də nisbidir. Bəzən o cədvəllərlə də uyğunluq olmaya bilər. Uşağın ümumi göstəricələri o toplumdakı insanlardan fərqlənə bilər. Uşağın normal olduğunu müəyyən etmək üçün uşaq müayinə olunur, xəstəlikləri araşdırılır və heç bir xəstəliyi yoxdursa və valideynin genetik izlərini daşıyırsa, ona heç bir müalicə yazılmır”.

Həkim bildirib ki, pediatrlara tez-tez uşağın boyunun balaca, arıq, başının böyük və ya balaca olması barədə narahatlıqlarını dilə gətirən valideynlər müraciət edir:

“Bu zaman müayinə edib uşağın bu halının normal olduğunu müəyyən etdikdə müalicə tövsiyə olunmur. Bəzən nənələr, babalar, qohum və ya ətraf hey uşağın arıq olmasına görə narahat olur, valideynlər də buna görə həkimlər gəzir, qalaq-qalaq dərmanlar yazdırırlar. Lakin bunu etməzdən öncə müəyyən etmək lazımdır ki, ümumiyyətlə, bu hal bu uşaqda normaldı, ya yox. Ən çox rastlaşılan hal arıq uşaqlara vitaminlərin verilməsdir. Uşaqlara o qədər vitaminlər verilir ki, zəhərlənmə baş verir, böyrəklərdə daşlar əmələ gəlir. Eyni sözləri qurd dərmanları barədə də deyə bilərik. Bu da uşaqlarda zəhərlənmə verə bilər. Ailə fərdləri arasında köklüyə meyilli olan valideynlər uşağın köklüyündən şikayətçi olur. Çox hallarda isə ailə üzvlərinin hamısı arıq olan bir ailə uşağın çəkisinin niyə artmaması problemi ilə həkimə üz tutur. Uşağın inkişafında əsas rol oynayan faktor gendir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR