Ürəyinizin sağlam olması üçün bunları yeyin
Düzgün qidalanmaq həm də ürək sağlamlığı üçün önəmlidir
Türkiyəli həkim ürək üçün çayın yaşılı, üzümün isə qırmızısının daha faydalı olduğunu deyib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, düzgün qidalanmanın, hər qidadan lazım olduğu qədər qəbul edilməsinin insan səhhəti, xüsusən də ürək üçün faydalı olduğunu deyən türkiyəli kardioloq Əli Eminlətif bir sıra tövsiyələr verib. O, bildirib ki, ürəyin sağlamlığı üçün hər gün 1 diş sarımsaq, həftədə 3 dəfə fındıq və quru lobya, noxud yeyilməsi tövsiyə olunur.
"Orqanizmi ac qoyaraq diyetada olmaq sağlamlıq demək deyil. Hər qidadan lazım olduğu qədərdə yemək tövsiyə olunur. Meyvə və ləbləbini də qədərindən artıq yemək olmaz. Kalori çox önəmlidir. Ürək sağlamlığı üçün duz, şəkər, xəmir və yağdan uzaq olmaq lazımdır" – deyə həkim bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət