Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ürəyində bu problemləri olanlar üçün sadə müalicə

Ürəyində bu problemləri olanlar üçün sadə müalicə
Sakura

Ürəyində bu problemləri olanlar üçün sadə müalicə

“Gencaile.az” fitoterapevt Fizuli Hüseynovun ürək ağrısı ilə bağlı sadə reseptini təqdim edir.

 

Ürək problemləri çox ola bilər, amma aşağıda saydığım əlamətlər varsa, onda bu qarışımdan istifadə edə bilərsiniz. Bu qarışım əla bir qandurulducudur, damar mənfəzini genişləndirir, çünki damarların daxilindəki artıq yağ kürəciklərini təmizləyir, qan dövranını bərpa edir, təzyiqi salır. Əgər uzun müddət yol gedə bilmirsinizsə, ürək nahiyyəsində və ya sol qola vuran ağrılar varsa, yüksək təzyiqiniz varsa, ürəkdöyünmələr varsa, yüksək xolesterindən əziyyət çəkirsinizsə, ürək damarlarında tromb varsa (90 faizə qədər), köpdən əziyyət çəkirsinizsə, onda bu qarışımdan hazırlayıb istifadə edə bilərsiniz.

 

Lazım olanlar:

Yerli limon – 25 ədəd

Yerli sarımsaq – 3 kq

Təzə Zəncəfil – 2 kq

 

Deməli əvvəlcə sarımsaq soyulur, sonra zəncəfil soyulur, limon isə qabıqlı-qabıqlı, hamısı birlikdə ət maşınından keçrilir, sonra yaxşı-yaxşı bir-birinə qarışdırılır və soyuducuya qoyulur (buzxanaya olmaz). 15 gün gözlənilir, amma gündə 2 dəfə qarışdırılmaq şərtilə 15 gündən sonra 2-3 qat tənzifdən sıxılaraq süzülür. Suyu gündə 3 dəfə yeməkdən əvvəl 1-2 xörək qaşığı 1 stəkan suya qarışdırılaraq içilir. Bu qarışım həm də çox güclü bir antioksidant mənbəyidir, insana yeni bir əhval-ruhiyyə gətirir, zəngin vitamin əsasındə C vitamini mənbəyidir. Bu qarışımdan mədəsində və bağısaqlarında səpgi, yara olanlar istifadə etməməlidirlər. Aşağı təzyiqdə istifadəsi məsləhət deyil, əgər istifadə etmək istəsəniz bal qarışdırıb istifadə edə bilərsiniz, ürək döyüntüsü az olanlar (bradikardiya) bu qarışımın hər bir stəkanına 1 çay qaşığı bal qarışdırıb istifadə edə bilərlər. Qarışım bədəni qələviləşdirmək üçün əla bir vasitədir. Xatırladım ki, bu qarışım beyin qan dövranı pozulmasında və miqrendə də faydalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR