Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ürəkdə xəstəliyin olduğunu göstərən 8 əlamət

Ürəkdə xəstəliyin olduğunu göstərən 8 əlamət
Sakura

Ürəkdə xəstəliyin olduğunu göstərən 8 əlamət

Bədənimizin ən önəmli orqanı olan ürəyimizin sağlamlığını qorumaq üçün diqqətli olmalıyıq. Son illər əsasən günlük həyatımızla bağlı olan bir sıra ürək xəstəlikləri riski artıb. 
 
Hər hansı problem yarandığı halda ürəyimiz bunu bizə kiçik siqnallarla ötürür. Lakin biz bu siqnallara nə dərəcədə diqqət edir və qarşısını alırıq? 
 
Medicina.az sizə ürəyinizin düzgün işləmədiyini göstərən bəzi əlamətləri təqdim edir: 
 
1.Qollarda ağrı 
Ürək xəstəliyinin ən vacib əlamətlərindən biri qola yayılan ağrıdır. Belə hallarda qol ağrısı kişilərdə əsasən  sol tərəfdə , qadınlarda isə hər iki qolda özünü göstərə bilər. Bəzən insanlar bunu sinir sistemi ilə əlaqələndirsə də, mütləq ürək müayinə olunmalıdır. 
 
 
2.Şiddətli öskürək 
Bir çox xəstəlik zamanı özünü göstərən şiddətli öskürək zamanı, xüsusilə çəhrayı maye ifraz olunursa, bu ürək çatışmazlığının işarəsidir. 
 
 
3.Ayaqlarda şişlər 
Heç bir səbəb olmadan bud, ayaqlar və ayaq biləyində şişlik yaranırsa, bu, ürək xəstəlikləri ilə əlaqəli ola bilər. Əgər qan ürəyə yaxşı vəziyyətdə ötürülmürsə, deməli, qan damarlarındakı maye toxumalara sızır. Bu da şişkinliyə səbəb olur. Belə olduqda həkimə müraciət etmək mütləqdir. Xüsusilə corab geyindiyiniz zaman ayaq biləyinizdə izi qalırsa diqqətli olmanızda fayda var. 
 
4.Mədə bulantısı və iştahsızlıq 
Qaraciyər ətrafındakı həzmə yardım olan mayelər ürək xəstəlikləri zamanı özünü mədə bulantısı və iştahsızlıqla göstərir. Bu zaman qarın ağrıları müşahidə olunur. Bu narahatlıqları eyni anda keçirirsinizsə dərhal həkimə müraciət edin. 
 
5.Mənfi ruh halı 
Tədqiqatlar göstərir ki, narahat və mənfi əhval-ruhiyyəli insanların ürək xəstəliklərinə tutulması göstəricisi yüksəkdir. Ümumiyyətlə, pis əhval bir çox xəstəliklərin yaranmasına səbəb ola bilir. 
 
 
6.Huşunu itirmək 
Ürək xəstəliklərinin yaranmasında ən çox görünən simptomlardan biri huşunu itirmədir. Bunun səbəbi ürəyin qanı yaxşı nasoslamaması və damarların tıxanmasıdır. 
 
 
7.Dəridə göyərmələr 
Bu, əsasən qan axınının azalması və ürəyə kifayət qədər yaxşı ötürülməyən qan nəticəsində baş verir. Hətta şok effekti ilə ortaya çıxan bu problem, bədənimizin bəzi yerlərində özünü göstərə bilər. 
 
 
8.Dəri xəstəlikləri 
Tədqiqatlar göstərir ki, dəri xəstəlikləri, xüsusilə də  ekzema xəstələrinin 48% -də yüksək təzyiq, 29% -də isə yüksək xolesterol var. Bu tip insanlarda başqalarına nisbətən ürək xəstəliklərinin inkişafına 59% daha çox rast gəlinir.
 
 
Mənbə: medicina.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR