Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ürək xəstəliyinin ilk gizli simptomu

Ürək xəstəliyinin ilk gizli simptomu
Sakura

Ürək xəstəliyinin ilk gizli simptomu

Tanınmış rusiyalı kardioloq Vladimir Xoroşev ürək xəstəliklərinin ilk simptomu haqqında məlumat verib.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, kardioloq səbəbsiz həyacan, təşviş, izahedilməz qorxu, bədgümanlıq kimi hisslərə fikir verməyi tövsiyə edir. Əgər sizdə belə hisslər tez-tez yaranırsa mütləq ürəyinizi yoxlayın.

Mütəxəssis qeyd edir ki, əksər hallarda insanlar onlarda yaranan bu hissləri digər səbəblərlə izah edir. Lakin daha sonra bir çox xəstələr etiraf edirlər ki, kardioloqun qəbuluna düşdükdən xeyli vaxt əvvəl onlar səbəbsiz qorxu və həyacan hiss edirdilər.   

Həkim ürək və həmçinin digər xəstəliklərin vaxtında aşkar olunması üçün ildə 1 dəfə profilaktik müayinədən keçməyi tövsiyə edir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR