Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ürək xəstəliklərindən yan keçməyin yolları müəyyən edildi

Ürək xəstəliklərindən yan keçməyin yolları müəyyən edildi
Sakura

Ürək xəstəliklərindən yan keçməyin yolları müəyyən edildi

Pensilvaniya Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, bitki pəhrizinin köməyi ilə ürək-damar sistemi ilə bağlı problemlərdən yan keçmək mümkündür. Belə ki, heyvan mənşəli qidada xroniki pozuntular ehtimalını artıran çoxlu miqdarda kükürd tərkibli amin turşuları olur.

Bu barədə “MedicalXpress”də yerləşdirilmiş press-relizdə deyilir.

Tədqiqatda 11 mindən çox insan iştirak edib. Onların qanında 10-16 saatlıq aclıqdan sonra xroniki xəstəliklərin mövcudluğunu və ya yüksək inkişaf ehtimalını göstərən spesifik biomarkerlərin səviyyəsi müəyyən edilmişdi. Belə biomarkerlərə xolesterin, triqliseridlər, qlükoza və insulin daxildir. Müəyyən edilmiş səviyyələr əsasında ürək-damar xəstəliklərinin ümumi risk cədvəli tərtib edilmişdi.

Nəticələrə əsasən, könüllülər arasında kükürd tərkibli turşuların orta istehlakı gündəlik tələbatı, demək olar ki, 2,5 dəfə üstələyirdi. Bununla yanaşı, kükürdtərkibli (ətdə və süddə boldur – red.) amin turşuları (metionin və sistein) az miqdarda olan pəhrizlər biomarkerlərin təhlükəli səviyyələrini azaldır. Əksinə, heyvan məhsullarının tez-tez istifadəsi cins, yaş və hipertoniya kimi amillər nəzərə alınmaqla yüksək kardiometabolik riskə səbəb olub.

Beləliklə, alimlər nəticəyə gəliblər ki, kükürdtərkibli amin turşularını az istehlak etmək üçün insanlar meyvə və tərəvəzlərdən bol miqdarda yeməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR