Dərc edildi: Baxış sayı: 669
Ölümdən xilas edə bilər
Qəfil infarkt, ürək tutması, stenokardiyada təcili yardım gələnə kimi xəstəyə edə biləcəyiniz yardımlardan biri də ona nitroqliserin adlı preparatın verilməsi ola bilər.
Medicina.az bu preparatın ürək tutmalarında effektiv olmasının səbəblərini təqdim edir.
İlk növbədə stenokardiyanın niyə baş verməsini araşdıraq: stenokardiya ağır fiziki yük, emosional stress, ağır qida qəbulu zamanı baş verən, sol çiyin, boyun, sol çənə, qabırğalararası nahiyəyə vuran və 15 dəqiqə davam edən ağrılardır.
Bu xəstəlik koronar arteriyaların spazmı, aterosklerozu, tutulması səbəbindən qan dövranının pozulması ilə inkişaf edir.
Bu ağrılar zamanı nitroqlisetin qısa müddətə də olsa koronar damarı genişləndirərək, antianginal təsir göstərir və qan dövranını bərpa edərək, tutmanı azaldır.
Necə istifadə etməli?
Tablet və ya kapsulu tam dilinizin altında tam əriyənə kimi saxlayın. Dərman ağrı tutmasından dərhal sonra 1 mq miqdarında qəbul edilir. Tez effekt almaq üçün kapsulu dişlərin arasında əzmək lazımdır. İkinci kapsul 45 dəqiqə sonra qəbul oluna bilər. Adətən yüngül tutmalar yarım tabletdən sonra da keçir.
Əgər 2 tabletdən sonra heç bir yaxşılaşma olmasa, təcili yardım çağırılır.
Amma unutmayın ki, nitroqliserin simptomatik təsir göstərir, xəstəliyin səbəbi damarlardır. Müalicəni o istiqamətdə aparın.
Nitroqliserin damarları tutulmuş və tez-tez ürək tutmaları olan, eləcəd də qəfil miokard infakrtı keçirdiyindən şübhələndiyin insanlarda ilkin yardım kimi istifadə oluna bilər. Ona görə iş yerlərində, evdə, ürəyi zəif insanların yanında bir qutu nitroqliserinin olması yaxşı olardı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət