Slimfit
  1. AVTO VƏ MOTO

Ural Le Air - Dünyada daxili dronlu ilk motosikl

Ural Le Air - Dünyada daxili dronlu ilk motosikl
Sakura

Ural Le Air - Dünyada daxili dronlu ilk motosikl

Əfsanəvi “Ural” rus ağır motosikllləri ABŞ-da çox məşhurdur, buna görə də amerikalılar üçün istehsalçı növbəti xüsusi versiya hazırlayıb: bu dəfə Ural LE Air daxili pilotsuz dronla!

Ural LE Air təkcə motosikl deyil, həm də pilotsuz uçan aparatı buraxmaq üçün yeri dəyişdirilə bilən quraşdırmadır. O ön hissədə xüsusi yerlə təchiz olunacaq ki, onun qapağı altında DJI Spark kvadrokopteri gizlədiləcək. Düyməni basdıqda yerin qapağı açılır və drona uçmaq üçün yol açır. Pilotsuz dronu faytona bərkidilmiş ekranlı pultla idarə etmək olar.

Dronu güclü külək zamanı itirməmək üçün Ural LE Air “sehrbaz” adlanan teleskopik mast üzərində aerodrom konusvari külək istiqamətləndirici ilə təchiz olunub. Pilotsuz dronlu yolsuzluq “Ural”ı ancaq 40 ədəd buraxılacaq. Bütün bunlar açıq narıncı çalarla mat tünd yaşıl rəngə boyanacaq və ancaq ABŞ və Kanadadakı müştərilərə təklif olunacaq.

Bu nə üçün lazımdır? İstehsalçının fikrincə, belə “Ural”ı motosikldə gəzən həvəskarlar qiymətləndirəcək. Əvvəlcədən marşrutu kvadrokopter ilə araşdırmaq olar və hətta quş uçuşu yüksəkliyində video yazmaq mümkündür. Başqa bucaq altında baxmaq və yeni macəralara həvəslənmək. Le Air versiyasının qiyməti 17999 dollardır.

Mənbə: Popmech.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR