Slimfit
  1. CƏMİYYƏT

UNİCEF-in Azərbaycandakı nümayəndəsi: Uşaqların çəkisinin həddindən artıq olması sağlamlıq üçün ciddi təhlükədir

UNİCEF-in Azərbaycandakı nümayəndəsi: Uşaqların çəkisinin həddindən artıq olması sağlamlıq üçün ciddi təhlükədir
Sakura

UNİCEF-in Azərbaycandakı nümayəndəsi: Uşaqların çəkisinin həddindən artıq olması sağlamlıq üçün ciddi…

Hazırda dünyada 159 milyon uşaq qanazlığından əziyyət çəkir.

Trend-in məlumatına görə, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə seminarda UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.

Onun sözlərinə görə, hazırda Avropa və Mərkəzi Asiyada hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir.

E.Karvardin əlavə edib ki, unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü ən səmərəli üsul kimi doğruldub:

"Təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlığına mənfi təsir göstərir. Anemiya uşaqların məntiqi düşünmə qabiliyyətini də azaldır. Bu da adambaşına 2 dollar məhsuldarlığın itirilməsi deməkdir. Eyni zamanda, uşaqların çəkisinin həddindən artıq olması gələcəkdə sağlam həyat tərzi üçün ciddi təhlükələr yaradır. Bu, həm uşağın fiziki quruluşu, həm də onların idrakının inkişafına da təsir edir. Bu, həm də ölkələrə milyard dollarla ziyan vuran məsələdir. Avropa və Mərkəzi Asiya regionunda belə problemlərlə gündəlik olaraq üzləşirik".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR