UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına başlayır
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrləri ABŞ-ın Linkoln Universiteti (LU) ilə ikili diplom proqramı vasitəsilə “Ümumi MBA” və “Beynəlxalq Biznes” ixtisasları üzrə magistr diplomu əldə edə biləcəklər.
Trend-in məlumatına görə, magistrlər təhsilin 1-ci ilinin payız, yaz və yay semestrlərini Amerika Birləşmiş Ştatlarında, LU-da keçirəcəklər. Linkoln Universitetindəki 7 əsas və 2 seçmə fənləri götürərək müvafiq şərtlər əsasında 4 + 4 + 1 və ya 4 + 3 + 2 üsulu ilə təhsil alacaqlar.
Linkoln Universitetində təhsillərini davam etdirərkən, tələbələr öz tədqiqat layihəsi mövzusunu və rəhbərlərini seçəcəklər (birini Linkoln Universitetindən, digərini isə UNEC-dən). Bu, birgə tədqiqat layihəsi olacaqdır. Tələbələr üçüncü və dördüncü semestrlərini tamamlamaq üçün UNEC-də fənlərin qalanını götürəcəklər. Tələbələr birgə tədqiqat layihəsini bitirəcək və UNEC-də müdafiə edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət