Slimfit
  1. MEDİA

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi
Sakura

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

10 may 2022-ci il tarixində Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə  həsr olunmuş dəyirmi masa keçirildir.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Qaradağ Rayon İcra Hakimiyyəti baçşısı yanında Şuranın üzvləri, icra aparatının şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Dəyirmi masanı giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirdi ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb.

Başçı dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunması fikrini səsləndirdi. Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktual olduğunu, Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Ulu Öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını da təmin etmişdir. Ümummilli Liderimizin inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olmuşdur.

Qaradağ RİH-in şöbə müdiri, məşhur 91-lərdən Munis Bayramov çıxış edərək, Ulu Öndərin milli-mənəvi irsimizə göstərdiyi diqqət və qayğıdan danışdı, onun yaradıcı insanlara – şairlərə, yazıçılara, rəssamlara, heykəltaraşlara və digər sənət adamlarına səmimi münasibətini, tarixi kökümüzə həssaslıqla yanaşdığını qeyd etdi. Eyni zamanda Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında müstəsna xidmətlərindən danışdı. Yekunda layiqli varis, Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ənənələrinə sadiq qaldığını və ata vəsiyyətini yerinə yetirərək Vətən Müharibəsində Zəfərə imza atdığını geniş şərh etdi. 

 Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdi. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Artıq ölkəmiz dünyada sayılıb-seçilən, hörmət edilən dövlətlərindən biridir. Hər il möhtəşəm, əlamətdar tədbirlərin, konfransların, mötəbər yarışların keçirildiyi məkana çevrilib. Bütün bunların özəyini isə Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıdır. Onun yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.

Rayon Veteranlar Şurasının sədr müavini Paşa Məmmədov Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən danışdı. Bildirdi ki, Azərbaycanın bugünkü inkişafı məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. Çıxışında qeyd etdi ki, Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə gerçəkləşməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu dünya azərbaycanlılarının lideri səviyyəsinə qaldırmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR