Slimfit
  1. İQTİSADİYYAT

Ümumi Daxili Məhsul

Ümumi Daxili Məhsul
Sakura

Ümumi Daxili Məhsul

Ümumi Daxili Məhsul (ing. Gross Domestic Product - verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir.

ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiyaşirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq.

ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir.

Nominal və real ÜDM

Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür. Bu səbəbdən nominal ÜDM məhsulun qiymət dəyişikliklərindən asılıdır – yəni inflyasiya (deflyasiya) nəticəsində məhsulun qiyməti qalxdıqda(düşdükdə) nominal ÜDM da qalxır(düşür).

Məsələn, ölkədə cəmi 2 məhsul istehsal edilir, A və B məhsulları. 2007-ci ildə A məhsulundan 100 ədəd, B məhsulundan isə 200 ədəd istehsal edilib. A məhsulunun 2007-ci ildə bazar qiyməti 30, B məhsulununku isə 20 pul vahididir. Bu halda 2007-ci ildə ÜDM = 100 * 30 + 200 * 20 = 7000. 2008-ci ildə 10% inflasiya olduğu halda və istehsalın artmadığı halda nominal ÜDM 100 * 33 + 200 * 22 = 7700 olur. Gördüyümüz kimi hətta istehsalın artmadığı halda nominal ÜDM 700 pul vahidi artdı.

Məhsulun qiymətindən asılılığı aradan qaldırmaq və səhv yanaşmadan yayınmaq üçün real ÜDM hesablanır. Real ÜDM-da qiymət dəyişiklikləri nəzərə alınır. Bunun üçün bir il əsas götürülməli və növbəti illərdə əsas götürülmüş ilin qiymətləri tətbiq edilməlidir. Yuxarıdakı misalda 2008-ci ildə real ÜDM = 100 * 30 + 200 * 20 = 7000. Bu o deməkdir ki, əsas il olaraq 2007-ci il götürüldükdə 2008-ci ildə real ÜDM-un artımı 0%, nominal ÜDM-un artımı isə 10% təşkil edəcək.

ÜDM deflyator nominal ÜDM-un real ÜDM-a nisbətini göstərir: {displaystyle mathrm {UDM} _{text{Deflyator}}={frac {mathrm {UDM} _{text{nominal}}}{mathrm {UDM} _{text{real}}}}cdot 100}{displaystyle mathrm {UDM} _{text{Deflyator}}={frac {mathrm {UDM} _{text{nominal}}}{mathrm {UDM} _{text{real}}}}cdot 100} MİSAL

Yuxarıdakı misalda 2008-ci ildə: {displaystyle mathrm {UDM} _{text{Deflyator}}={frac {7700}{7000}}={110}}{displaystyle mathrm {UDM} _{text{Deflyator}}={frac {7700}{7000}}={110}}

ÜDM-un hesablama yolları

ÜDM-u hesablamağın bir neçə yolu var:

  • {displaystyle {UDM=C+I+G+(EX-IM)}}{displaystyle {UDM=C+I+G+(EX-IM)}}
    • C – Əhalinin istehlak xərcləri
    • I – Ümumi xüsusi investisiyalar
    • G – Dövlət xərcləri
    • EX – İxrac
    • İM – İdxal
  • {displaystyle {UDM=IMD-OM+V-S}}{displaystyle {UDM=IMD-OM+V-S}}
    • IMD – İstehsal edilən son məhsulların dəyəri
    • OM – Son məhsul (İMD) üçün istifadə olunan başqa məhsulların dəyəri
    • V – Məhsul üçün vergi
    • S – Subsidiyalar
  • {displaystyle {UDM=XUDM+A}}{displaystyle {UDM=XUDM+A}}
    • XÜDM = G + DG + V – S
    • XÜDM – Xalis ÜDM
    • A – Amortizasiya
    • G – Razılaşmaya əsasən hüquqi və ya fiziki şəxsin (yəni, işəgötürənin) işçisinə ödəməli olduğu məbləğlər
    • DG – Digər gəlirlər

ÜDM Azərbaycan

Ümumi Daxili Məhsul 02.png
 

2008-ci ilin sonunda ÜDM Azərbaycanda 31468 mln. AZN və ya 79181 mln. USD (ÜDM(AQP)) təşkil etmişdir. Adambaşına düşən ÜDM 3670 AZN və ya 9183 USD (ÜDM(AQP)) təşkil etmişdir və beynəlxalq müqayisədə Azərbaycan 82-ci yerdə qərarlaşmışdır.

Ümumi Daxili Məhsul 03.png
 

80-ci illərdə bütün Sovet ölkələri kimi Azərbaycan da iqtisaditənəzzüllə uğradı. Müstəqillik əldə edildikdən sonra da tənəzzül davam etdi. Ən az ÜDM Azərbaycanda 1995-ci ildə qeydə alınmışdır (2133 mln. AZN). 1996-ci ildən başlayaraq Azərbaycanda ÜDM-un orta real artım tempi ~16% təşkil edib. Bu çox böyük göstəricidir, lakin ÜDM-da neft sektorunun payı çox böyükdür, 59%. Qeyri neft sektorunun orta artım tempi 1998-ci ildən 2008-ci ilə kimi 10,5% olmuşdur. ÜDM-un sənayeyə düşən payı 62%, kənd təsərrüfatına 6,5%, tikintiyə 5,6%, xidmət sahələrinə 19,2% təşkil etmişdir. Qonşu ölkələrlə müqayisədə adambaşına düşən ÜDM (AQP):

Ümumi Daxili Məhsul 04.png
 

1. Amerika Birləşmiş Ştatları - 57.466,79 USD

  1. Rusiya – 15922 USD
  2. Türkmənistan – 14200 USD
  3. Türkiyə – 13138 USD
  4. Qazaxıstan – 11416 USD
  5. İran – 11250 USD
  6. Azərbaycan – 9183 USD'
  7. Ermənistan – 5273 USD
  8. Gürcüstan – 4863 USD

Siyahı

Yer Ölkə ÜDM $
1 Lüksemburq 100,739
2 İsveçrə 79,888
Makao, Çin Xalq Respublikası 74,017
3 Norveç 70,868
4 İrlandiya 64,175
5 İslandiya 59,765
6 Qatar 59,324
7 Amerika Birləşmiş Ştatları 57,638
8 Danimarka 53,579
9 Sinqapur 52,963
10 İsveç 51,845
11 Avstraliya 49,755
12 San Marino 47,909
13 Niderland Krallığı 45,638
14 Avstriya 44,758
Honq Konq 43,741
15 Finlandiya 43,401
16 Kanada 42,183
17 Almaniya 42,161
18 Belçika 41,272
19 Birləşmiş Krallıq 40,367
20 Yeni Zelandiya 39,412
21 Yaponiya 38,901
22 Birləşmiş Ərəb Əmirlikləri 37,622
23 İsrail 37,181
24 Andorra 36,989
25 Fransa 36,857
Guam 35,563
Avropa Birliyi 32,242
Puerto Riko 30,790
26 İtaliya 30,661
27 Bahama adaları 28,786
28 Cənubi Koreya 27,539
29 Küveyt 27,359
30 Brunei 26,939
31 İspaniya 26,617
32 Malta 25,145
33 Kipr 23,542
34 Bəhreyn 22,579
Şimali Mariana adaları 22,572
35 Sloveniya 21,650
36 Səudiyyə Ərəbistanı 20,029
37 Portuqaliya 19,838
38 Çexiya Respublikası 18,484
39 Yunanıstan 17,891
40 Estoniya 17,737
41 Saint Kitts və Nevis 16,597
42 Slovakiya 16,530
43 Trinidad və Tobaqo 16,041
44 Barbados 15,892
45 Uruqvay 15,221
46 Seyşel adaları 15,076
47 Oman 14,982
48 Litva 14,901
49 Antigua və Barbuda 14,462
50 Palau 14,428
51 Latviya 14,071
52 Çili 13,793
53 Panama 13,680
54 Macarıstan 12,820
55 Argentina 12,440
56 Polşa 12,414
57 Xorvatiya 12,149
Amerika Samoası 11,835
58 Kosta Rika 11,825
59 Türkiyə 10,863
Dünya 10,190
60 Maldivlər 9,875
61 Qrenada 9,842
62 Mauritius 9,631
63 Rumıniya 9,523
64 Malayziya 9,508
65 Sent Lusiya 9,365
66 Rusiya 8,748
67 Ekvatorial Qvineya 8,747
68 Braziliya 8,650
69 Livan 8,250
70 Meksika 8,209
71 Çin 8,123
72 Dominika 7,907
73 Nauru 7,821
74 Qazaxıstan 7,715
75 Bolqarıstan 7,469
76 Qabon 7,179
77 Çernoqoriya 7,029
78 Sent Vinsent və Qrenadilər 7,007
79 Botsvana 6,924
80 Dominik respublikası 6,722
81 Türkmənistan 6,389
82 Peru 6,049
83 Ekvador 6,019
84 Tayland 5,911
85 Surinam 5,871
86 Kolumbiya 5,806
87 Serbiya 5,426
88 Cənubi Afrika 5,275
89 Makedoniya 5,237
90 Fiji 5,234
91 İran 5,219
92 Belarus 4,989
93 Yamayka 4,879
94 Bosniya və Herseqovina 4,808
95 Beliz 4,745
96 İraq 4,610
97 Guyana 4,529
98 Namibiya 4,415
99 El Salvador 4,224
100 Qvatemala 4,147
101 Albaniya 4,125
102 İordaniya 4,088
103 Paraqvay 4,078
104 Samoa 4,030
105 Cezayir 3,917
106 Şri Lanka 3,910
107 Azərbaycan 3,879
108 Gürcüstan 3,866
109 Tonqa 3,749
110 Monqolustan 3,694
111 Tunis 3,689
112 Marşal adaları 3,665
Kosovo 3,661
113 Ermənistan 3,615
114 İndoneziya 3,570
115 Misir 3,478
116 Angola 3,309
117 Mikroneziya 3,144
118 Boliviya 3,105
119 Tuvalu 3,084
120 Cape Verde 2,998
121 Filippin 2,951
Fələstin Qərb Şəriyəsi və Qəzza 2,943
122 Mərakeş 2,893
123 Vanuatu 2,861
124 Butan 2,774
125 Esvatini 2,770
126 Papua Yeni Qvineya 2,500
127 Sudan 2,415
128 Honduras 2,361
129 Laos 2,339
130 Ukrayna 2,186
131 Nigeriya 2,176
132 Vyetnam 2,171
133 Nikaraqua 2,151
134 Özbəkistan 2,111
135 Solomon adaları 2,006
136 Moldova 1,900
137 São Tomé və Príncipe 1,715
138 Hindistan 1,710
139 Kiribati 1,587
140 Fil dişi Sahili 1,535
141 Konqo Respublikası 1,528
142 Gana 1,514
143 Kenya 1,455
144 Pakistan 1,444
145 Şərq Timor 1,405
146 Kamerun 1,375
147 Bangladeş 1,359
148 Kamboca 1,270
149 Zambiya 1,269
150 Myanma 1,196
151 Mavritaniya 1,102
152 Qırğızıstan 1,078
153 Lesotho 1,040
154 Zimbabve 1,029
155 Yəmən 990
156 Senegal 953
157 Tanzaniya 878
158 Tacikistan 796
159 Benin 789
160 Mali 780
161 Komorları 775
162 Haiti 740
163 Nepal 729
164 Efiopiya 707
165 Ruanda 703
166 Çad 664
167 Qvineya 662
168 Qvineya-Bissau 642
169 Burkina Faso 627
170 Uqanda 580
171 Getmək 579
172 Əfqanıstan 562
173 Sierra Leone 505
174 Qambiya 473
175 Liberya 455
176 Somali 434
177 Konqo Demokratik Respublikası 406
178 Madaqaskar 402
179 Mərkəzi Afrika Respublikası 382
180 Mozambik 381
181 Malavi 300
182 Burundi 286

ÜDM dünyadaa

Dünyanın ÜDM-u 2008-ci il üçün 68999 mlrd. USD təşkil etmişdir. Ən böyük ÜDM isə Amerika Birləşmiş Ştatlarındadır, 14264 mlrd. USD. Adambaşına düşən ÜDM-a görə ilkin yerləri Qətər və Lüksemburq (İMF) tutur, ~80000 USD. ÜDM-da vətəndaşların sosial tələbləri (ədalətlilik dərəcəsi – hər bir sahədə, sığorta, sabitlik, havanın, suyun və yemək məhsullarının keyfiyyəti, istirahət üçün şərait və s.) nəzərə alınmadığına görə, adambaşına düşən ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilsə də, yeganə göstərici kimi qəbul edilə bilməz. Həyat səviyyəsinin ölçülməsində bu üsullar da kömək ola bilər:

  • Gini-Index – dövlətin gəlirlərinin vətəndaşları arasında ədalətli bölüşdürülməsini müəyyən etmək üçün bir üsul
  • İnsan İnkişafı İndeksi (İİİ) – vətəndaşların ümumi inkişafı (xalqın gəlirlərindən, vətəndaşların orta həyat müddətindən və təhsil səviyyəsindən ibarətdir)
  • Genuine Progress Indicator
  • Index of Sustainable Economic Welfare (ISEW)
  • Happy Planet Index (HPI)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR